vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
DİGƏR NÖVLƏR  
Soyuqqanlı qələbə ... 18:57 | 1 iyun 2025 | Bazar Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Soyuqqanlı qələbə ...

... Yaxud “Formula 1”in ikiüzlü halqası

Rauf HACIYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Barselona qran-prisi geridə qaldı. Əvvəli ağlamalı, sonrası gülməli dedikləri cinsdən “Formula 1”in ikiüzlü yarışlarından biri idi.

Oskar maşını çox soyuqqanlı sürdü və yarışı qazandı. Norris isə startda Verstappenə ilişməklə yarışı əldən verdi.

Maks Verstappen yarışa rəng qatan sürücü idi. 3 pit-stopla “McLaren”lərlə mübarizə apara bildi. Amma yenə komanda körpüsü onun yarışını məhv etdi. Düzdür, əllərində təkər yox idi, amma “hard” təkər bu trasda “harakiri” kimi bir şey idi. Amma özü də bir az soyuqqanlı davranardı. Sonda aldığı 10 saniyəlik cəza ilə 15 xal qazanacağı yarışdan 1 xalla ayrıldı. Təəssüf…

“Ferrari”nin ən sevdiyim tərəfi vizyonudur. “Formula 1”in ən titullu pilotunu komandaya gətirib ikinci pilot etdilər. Hər yarış komanda əmri verirlər. Lekler isə qazandığı podiumla fərqini göstərdi.

Günün adamı sözsüz Niko Hülkenberqdir. Peletonun ən zəif maşını ilə beşinci oldu və xüsusi rəng çalarında yarışan “Sauber”ə 10 xal qazandırdı. Təcrübə belə şeydir!

Fernando Alonso isə axır ki, doqquzuncu olub, həm də öz ölkəsində builki ilk xallarını qazandı. Bütün fanatlarını təbrik edirəm.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)