 
                                Ukraynadan Rusiyaya NATO raketləri
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
 18:16 | 1 iyun 2025 | Bazar
                Məqaləyə 493 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                18:16 | 1 iyun 2025 | Bazar
                Məqaləyə 493 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
 
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
 
                                Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
 
                                Putinin Moldova ümidləri puç oldu
 
                                Rəsmi Kiyev Kremlin “NEZ”iylə oynamayacaq
 
                                ABŞ Hindistan mallarına tarif tətbiq etdi
 
                                İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
 
                                Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
 
                                Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
 
                                “Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
 
                                “Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
 
                                Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
 
                                Almaniyaya təhdid, Ukraynada irəliləyiş
 
                                Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
 
                                Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
 
                                ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Ukraynanın böyük bir pilotsuz uçuş aparatı (PUA) əməliyyatına başlayıb və bildirilir ki, Rusiya 40-dan çox hərbi təyyarəsi, o cümlədən “A-50”, “Tu-95” və “Tu-22M3” bombardmançılarını məhv edib. Bu unikal əməliyyat Ukrayna xüsusi xidmət orqanlarının xüsusi hazırlığı nəticəsində baş tutub.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyanın 4 (Olenya, Dyagilev, Belaya və İvanov) hərbi aerodromunun yerlə bir etdiyi “Hörümçək toru” (“Web”) adlı əməliyyat üzərində il yarım hazırlıq gedib. Rusiya indiyə kimi bu cür PUA hücumuna məruz qalmayıb. Rusiya KİV bildirir ki, ilk dəfə bu gün Ukrayna dronları Sibirə hücum edib.
Bununla yanaşı İrkutskda da dronların uçuşu müşahidə olunur. Murmansk da vurulub.
“Hazırda Ukrayna Dövlət Təhlükəsizlik xidməti Rusiyanın arxa xəttindəki düşmən bombardmançı təyyarələrini məhv etmək üçün genişmiqyaslı xüsusi əməliyyat həyata keçirir”.
***
Əməliyyata Ukrayna Prezidenti, Ali Baş Komandan Vladimir Zelenski şəxsən nəzarət edib. Əməliyyat SBU rəhbəri Vasili Malyuk və komandası tərəfindən həyata keçirilib. Ukrayna Baş Kəşfiyyat İdarəsinin ruslara sürprizlərlə heyrətə gətirməsi birinci dəfə deyil. Ukrayna MOSSADI kimi ad çıxaran Kirill Budanovun rəhbərliyi altında fəaliyyət göstərən QUR (BKİ) həqiqətən çox heyrətamiz əməliyyatlar hazırlayıb.
Əməliyyata hazırlıq logistik baxımdan son dərəcə mürəkkəb olub. SBU əvvəlcə Rusiya içərilərinə FPV dronlarını, daha sonra isə mobil taxta evləri daşıyıb.
Daha sonra dronlar Rusiya federasiyasının ərazisində yük maşınlarına, furalara yerləşdirilən taxta evlərin damları altında gizlədilib. Lazım olan anda taxta evlərin damları uzaqdan idarəetmə ilə açılıb və dronlar rus bombardmançılarına zərbə endirmək üçün havaya qalxıb.
Rusiyada PUA hücumlarının əksəriyyəti ölkə ərazisindəki yük maşınlarından həyata keçirilib. Hazırda həmin yük maşınlarından biri yanır, digərinin isə sürücüsü öldürülüb.
SBU-dakı mənbələr bu tarixi xüsusi əməliyyatda iştirak edən şəxslərin uzun müddətdir Ukraynaya döndüyünü vurğulayırlar.
Deməli, Putin rejimi nümayişkaranə şəkildə kimisə həbs etsə belə, bu, daxili tamaşaçılar üçün növbəti səhnələşdirilmiş tamaşa olacaq.
***
“Web” əməliyyatı 2 milyard dollardan çox ziyana səbəb olub.
Ukrayna Rusiya hərbçiləri strateji aviasiya sıradan çıxarılandan sonra dövləti Ukraynaya qarşı taktiki nüvə silahından istifadəyə çağırırlar. Putin təhlükəsizlik şurasının təcili toplanması üçün göstəriş verib.
Həmçinin bu gün Rusiya və işğal edilmiş ərazilərdə 4 dəmil yolu partlayışı həyata keçirilib.
Bu sabahkı İstanbul danışıqları zamanı “oyunun” gedişi üçün lazım idi.