vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
Putinin NATO kartı 10:36 | 25 iyul 2025 | Cümə Məqaləyə 926 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putinin NATO kartı

Almaniyaya təhdid, Ukraynada irəliləyiş

Altay QUT
Vaxt.az təhlil edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya dövlət başçısı Putin, ABŞ Prezidenti Trampı Kiyevə “Patriot” hava hücumundan müdafiə sistemləri tədarük edilməsinə qarşı xəbərdar edib.

Qərb mənbələri ard-arda ABŞ-ın Ukraynaya “Patriot” müdafiə sistemləri göndərməsinin təsdiqləndiyinə dair açıqlamalar verərkən, Rusiya Prezidenti Vladimir Putin bu raketlərin göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib. Putin həmçinin Almaniyanı və NATO üzvü ölkələri “Rusiyaya qarşı müharibəyə birbaşa qarışmaq”da ittiham edib və onları hədələyib.

Rusiya Ukrayna torpaqlarında irəliləməsini davam etdirir, başda paytaxt Kiyev olmaqla böyük şəhərlərdə həssas nöqtələrə bombardmanını gücləndirir. ABŞ Prezidenti Donald Tramp isə Moskva və Kiyevə atəşkəs və sülh yolu ilə həll üçün 50 günlük müddət verildiyini açıqlayıb.

 

Üçüncü tur danışıqlar

 

Rusiya mənbələri Ukrayna ilə İstanbulda üçüncü tur görüşlərin dünən keçirildiyini elan edib. Kremlin sözçüsü Dmitri Peskov Rusiya tərəfinin üçüncü tur danışıqlara hazır olduğunu bildirib.

Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında açıqlama verərək, İstanbul danışıqlarında Ukrayna heyətinin rəhbəri və Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Rüstəm Ömərovun bu həftə yeni bir danışıqlar turunun keçirilməsi təklifini Rusiyaya çatdırdığını bildirilib.

Almaniyanın “Der Spiegel” jurnalının məlumatına görə, Kiyevin İstanbulda yeni danışıqlar turu təklifi ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Keloqunun Kiyevə xüsusi səfərindən və Trampın Moskva üçün 50 günlük müddət verməsindən sonra gəlib.

“Der Spiegel” həmçinin Kiyev və Vaşinqton arasında Rusiya ilə danışıqların gələcəyi barədə gizli koordinasiya ola biləcəyini qeyd edib. Bəziləri Keloqunun əvvəlki mövqeyini qoruduğunu deyir. Kiyevin, Rusiya qüvvələrinin “tanınmış beynəlxalq sərhədlərə”, yəni Zelenskiy tərəfindən əvvəllər tələb olunan 1991-ci ilin sərhədlərinə geri çəkilməsi tələbini dəstəkləyir. Lakin bu, Putinin qoyduğu şərtlərlə ziddiyyət təşkil edir.

 

Putin Almaniyanı hədələdi

 

Almaniyanın kansleri Fridrix Merz vəzifəyə gəlməzdən əvvəl Ukraynanı dəstəkləmək və Avropa Birliyinin siyasətini dəstəkləmək məqsədilə Rusiyaya və siyasi rəhbərlərinə qarşı sərt ritorika işlədərək, İkinci Dünya Müharibəsi əvvəllərindəki şəraiti xatırladan və Alman kimliyini dəstəkləyən, nasist ideologiyasına yaxınlaşan bəyanatlar verib.

Merz vəzifəyə gəldikdən sonra qərb həmkarları ilə çoxsaylı görüşlər keçirməklə bu siyasəti davam etdirib. Bu, Putini Ukraynaya “Patriot” raket sistemlərinin tədarükünün Almaniya Silahlı Qüvvələrinin bu sistemlərin işlədilməsinə birbaşa cəlb olunmasını tələb etməsinə səbəb olub. Bu, Berlini Kiyevin yanında müharibəyə birbaşa qatılması deməkdir.

Almaniya “Patriot” raketlərinin maliyyələşdirilməsinə və Ukrayna Silahlı Qüvvələrinin hazırlıqlarına yardım etməyə hazır olduğunu açıqlayıb. Digər tərəfdən Putin Ukraynaya silah tədarükünün sülh prosesini pozduğunu və NATO ölkələrini birbaşa münaqişəyə sürüklədiyini bildirərək Almaniya və digər Avropa ölkələrinə açıq təhdid edib.

 

Moskva mövqeyini möhkəmləndirir

 

Rusiyanın Ukraynanın şərqində irəliləməsi davam edir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, iyun ayında Ukraynalıların ölü sayı 3 illik müharibə müddətində ən yüksək olub. ABŞ-ın “The New York Times” qəzeti (NYT) isə Rus ordusunun irəliləyişinin keçən ay illik rekord qırdığını bildirib.

Qəzetə görə, Rusiya ordusu bir çox cəbhədə hücumları gücləndirib və bu ilin əvvəllərindən bəri 550 kvadrat kilometrdən çox ərazi ələ keçirib. NYT bildirir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinə ağır itkilər verdirən taktikalar tətbiq edir.

NYT, Ukraynadakı “Rusiyanın yay hücumu”nu təsdiqləyərək, Ukrayna ordusunun bir neçə cəbhədə etibarlı irəliləyiş əldə etdiyini etiraf edib. Rusiya isə iyun ayında insan və hava üstünlüyü ilə yanvar ayından bəri ən böyük aylıq bölgə qazanımını əldə edib.

Moskvanın hədəflərinin yeni ərazilərlə məhdudlaşmadığını, Kremlin Ukrayna ordusunu sistematik şəkildə məhv etməyə çalışdığını və əsgərlərini yavaş-yavaş, amma möhkəm şəkildə qərbə doğru irəlilətdiyini bildirən NYT əsas problemin Rusiya qüvvələrinin inzibati sərhədlərdən uzaq durması olduğunu, çünki Rusiya iqtisadiyyatının ordunun artan tələblərini ödəyə bilmədiyini vurğulayıb.

Hərbi mənbələr Moskvaya bağlı qüvvələrin “Donetsk Xalq Respublikası” (DXR) ərazisinin üçdə ikisindən çoxunu faktiki olaraq nəzarətdə saxladığını, həmçinin Konstantinovka şəhərini 16 km-lik dairə ilə mühasirəyə aldığını, Ukrayna ordusunun şərq, cənub və qərbdən logistik əlaqəsinin qismən kəsildiyini bildiriblər.

2022 fevralında silahlı münaqişənin başlanmasından sonra Rusiya əhəmiyyətli hərbi əməliyyat olmamış Dnepropetrovsk bölgəsində irəliləyir, həmçinin cənubdakı Zaparojedə və Rusiyaya bağlı Kursk vilayətinin yaxınlığındakı Sumi bölgəsində, Şimali Koreya qüvvələrinin köməyi ilə tamamilə nəzarəti ələ keçirib. Moskva Şimali Koreyanın yardımı ilə bu vilayəti tam azad etməyə nail olub. Ukrayna ordusu isə 2024-cü ilin yayında bu bölgənin bəzilərini ələ keçirmişdi.

Bütün bunlar, Rusiya ordusunun əvvəllər Rusiyanın cənub sərhədinə yaxın olan Xarkov vilayətində irəliləyiş əldə etdiyi dövrdə baş verir. “İndependent”in məlumatına görə, Rusiya rəsmi mənbələri işğalçı ordunun Xarkov və Sumi bölgələrində tampon zona yaratmaq istədiyir.

“Argumenty i Fakty” həftəlik jurnalının, Rusiyanın “Şimal” qüvvələrinə bağlı hücum bölmələrinin Ambarnoye uğrunda döyüşləri davam etdirdiyini, Degtyarnoye və Milovye qəsəbələrini işğal etdiyini xəbər verib. Bu hərəkətlər yüksək rütbəli komandanların Velikiy Burluk istiqamətində irəliləmə əmri verdiyi qiymətləndirmələrini təsdiqləyir.

Hərbi analitik polkovnik Gennadi Alyoxinin fikrincə, Rusiyanın bu istiqamətdə hər hansı hücumu Ukrayna ordusunun Xarkov bölgəsində ən əhəmiyyətli hərbi təchizat yollarından birini kəsəcək və şəhər xaricində başqa möhkəm müdafiə qalası qurmaq qərarına gəlməsi Kupyanskın uzun müddət müdafiə olunma şansını azaldacaq.

 

Tramp və Patriot razılaşması

 

Yuxarıda qeyd olunanlar, ABŞ Prezidenti Donald Trampın Ukrayna ordusuna silah və ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə sistemləri göndərməyə davam etmək qərarının səbəblərindən ola bilər. Tramp istehsal və təslimatdan birbaşa məsul olduğunu və bu işin Vaşinqtona böyük gəlir gətirəcəyini, ölkəsi üçün sərfəli razılaşma olduğunu bildirib.

Tramp Avropanın bu tədarüklərin maliyyətini ödəməsi halında Kiyevə silah və hərbi texnika göndərilməsinə davam ediləcəyini açıqlayıb. Bu əməliyyatın koordinasiyasını NATO-nun həyata keçirəcəyi bildirilib. ABŞ Prezidenti, Vaşinqton və Moskvanın 50 gün ərzində Ukraynadakı münaqişə ilə bağlı razılığa gələ bilməməsi halında ABŞ-ın Rusiya və ticarət tərəfdaşlarına təxminən 100 faiz gömrük rüsumu tətbiq edəcəyini söyləyib. ABŞ Maliyyə Naziri Skott Bessent isə Rus nefti alanlara 100 faiz gömrük rüsumu tətbiq edildiyi təqdirdə Avropa müttəfiqlərinin də Vaşinqtonun mövqeyini izləməyə təşviq olunacağını bildirib.

Digər tərəfdən Çex Respublikası və Macarıstan ABŞ-AB təşəbbüsünə qoşulmaqdan imtina etdiyini açıqlayıb. Çexiya Baş Naziri Petr Fiala ölkəsinin Ukraynaya dəstəyini başqa vasitələrlə göstərəcəyini, Macarıstan Xarici İşlər Naziri Peter Szijjarto isə “Macarıstanın pulu və silahı Ukraynaya göndərilməyəcək” deyib. Bu kontekstdə Almaniya, İsveç və Danimarka təşəbbüsə qoşulmaq niyyətlərini açıqlayıblar.

Bütün bu təşəbbüslər və əlaqəli açıqlamalar Prezident Trampın Kiyevə NATO üzvü ölkələr vasitəsilə “Patriot” hava hücumundan müdafiə sistemləri göndərmə planını açıqlamasından sonra baş verib. Trampın planı ölkəsinə böyük gəlir gətirəcək, çünki o deyib ki, ABŞ AB ölkələrinə milyardlarla dollarlıq silah satacaq. Bu satış raketlər, hava hücumundan müdafiə sistemləri və sursatı əhatə edəcək və müttəfiqlər vasitəsilə Ukraynaya çatdırılacaq. Müttəfiqlər ABŞ istehsalçılarından yeni silah alaraq öz ehtiyatlarını yeniləyəcəklər.