“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
14:55 | 8 iyun 2026 | Bazar ertəsi
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Müharibə xərcləri ölkəni iflasa aparır
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Oman körfəzində gərginlik
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
İranın ali dini lideri Əli Xameneyinin öldürülməsindən sonra Rusiya xüsusi xidmət orqanları Prezident Vladimir Putinin və digər yüksək vəzifəli şəxslərin təhlükəsizliyini təmin edən xüsusi müşahidə sistemini müvəqqəti olaraq söndürüb.
VAXT.AZ “Financial Times”a istinadən xəbər verir ki, xüsusi xidmət orqanları sistemi hərtərəfli yoxlayıb, onu internetdən maksimum dərəcədə təcrid etməyə çalışıb və yalnız bundan sonra yenidən işə salıblar. Qeyd olunur ki, sözügedən sistem Moskva küçələrində quraşdırılmış təxminən 300 min müşahidə kamerasından ayrı fəaliyyət göstərir.
Fevralın sonunda İranın ali dini lideri Əli Xameneinin öldürülməsindən sonra məlum olub ki, İsrail kəşfiyyatı Tehrandakı yol müşahidə kameralarını sındıraraq illər boyu onlardan məlumat əldə edib. Həmin kameraların verdiyi informasiya İsrail hərbçilərinə Xameneinin öldürüldüyü hava zərbəsini planlaşdırmağa kömək edib.
“Financial Times” yazır ki, müşahidə sistemlərinin hakerlər və ya xarici kəşfiyyat orqanları tərəfindən sındırılması yeni hadisə deyil. Lakin süni intellekt texnologiyalarının inkişafı minlərlə kameradan əldə edilən milyonlarla saatlıq görüntünün qısa müddətdə təhlilinə və müəyyən hədəflərin izlənilməsinə imkan yaratdığı üçün bu cür müdaxilələr daha təhlükəli hesab olunur.
Nəşrin məlumatına görə, İran tərəfi də İsrailin videomüşahidə sistemlərinə daxil ola bilib. Lakin fasiləsiz görüntü axınını emal etməyə imkan verən alətlər olmadığından bu məlumatlardan istifadə imkanları məhdud qalıb.
Mayın əvvəlində Avropa ölkələrindən birinin kəşfiyyatı bildirmişdi ki, Rusiya prezidentinin təhlükəsizliyinə cavabdeh olan Federal Mühafizə Xidməti (FSO) Vladimir Putinin mühafizəsini əhəmiyyətli dərəcədə gücləndirib. Buna səbəb kimi Putinin mümkün sui-qəsd təhlükəsindən ehtiyat etməsi göstərilib.
“Financial Times” qeyd edir ki, belə bir təhlükə Ukrayna xüsusi xidmət orqanlarından qaynaqlana bilər. Nəşrin məlumatına görə, Ukrayna kəşfiyyatı daha əvvəl Rusiyadakı videomüşahidə sistemlərinə qoşulmağa və yüksək rütbəli rus hərbçilərinə qarşı əməliyyatların hazırlanması zamanı mobil telefon məlumatlarını izləməyə nail olub.
FT-nin həmsöhbəti olan və Ukrayna hakimiyyəti ilə əlaqəsinin olmadığını bildirən bir haker isə Kremlin ətrafındakı videokameraların “hələ də işlədiyini və mütəmadi olaraq sındırıldığını” iddia edib. O, Ukraynanın bu kameralardan əldə olunan məlumatları emal etmək üçün kifayət qədər resurslara malik olub-olmaması barədə danışmaqdan imtina edib.
Nəşr vurğulayır ki, belə məlumatların emalı üçün zəruri texnoloji imkanlar ABŞ və Böyük Britaniyada mövcuddur və bu ölkələr mütəmadi olaraq Ukraynaya müxtəlif zərbələrin planlaşdırılmasında istifadə olunan kəşfiyyat məlumatları ötürürlər.