“Danışıqlar masasına qayıdın”
Trampdan İsrail və İrana çağırış
10:52 | 1 iyun 2026 | Bazar ertəsi
Məqaləyə 64 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Yaxın Şərqdə gərginlik yenidən yüksəlib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisinə yaxın bölgələrdə həyata keçirilən hərbi əməliyyatlar barədə açıqlama yayıb
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığında yerləşən Keşm adası və Goruk bölgəsi ərazisində radar sistemləri və pilotsuz uçuş aparatlarının (PUA) komanda-idarəetmə mərkəzlərini hədəf alıb.
CENTCOM bildirib ki, əməliyyatlar İran tərəfindən ABŞ-a məxsus “MQ-1” tipli PUA-nın beynəlxalq sular üzərində vurulmasına cavab olaraq həyata keçirilib.
Komandanlığın açıqlamasında qeyd olunur ki, ABŞ hərbi təyyarələri İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə məntəqəsini və dəniz təhlükəsi yaradan iki PUA-nı sıradan çıxarıb.
Açıqlamaya görə, əməliyyat nəticəsində ABŞ qüvvələri arasında itki qeydə alınmayıb.
İran tərəfi isə hücumlara cavab verdiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, ABŞ qüvvələri Sirik adası ərazisində yerləşən kommunikasiya qülləsini hədəf alıb.
Məlumata görə, İran qüvvələri cavab olaraq hücumun başlandığı istiqamətdə yerləşən hava bazasını vurub və bir sıra hədəfləri məhv edib. Tehran tərəfi bildirib ki, hücumlar davam edərsə, daha genişmiqyaslı cavab veriləcək.
Regionda gərginlik fonunda Küveyt ordusu da hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini açıqlayıb.
Rəsmi məlumata görə, ölkə ərazisində İHA və raket hücumlarına qarşı müdaxilə aparılıb, mümkün partlayış səslərinin isə müdafiə sistemlərinin fəaliyyəti ilə bağlı olduğu bildirilib. Vətəndaşlara təhlükəsizlik qaydalarına əməl etmək çağırışı edilib.