“İran qarşısında tək qala bilər”
Trampdan Netanyahuya xəbərdarlıq
12:11 | 9 iyun 2026 | Çərşənbə axşamı
Məqaləyə 12 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) “Qüds Qüvvələri” komandanı, briqada generalı İsmayıl Qaani bölgədə yeni təhlükəsizlik konsepsiyası ilə bağlı açıqlama verib.
VAXT.AZ xarici mediaya istinadən xəbər verir ki, SEPAH generalının sözlərinə görə, Hörmüz boğazından Babül-Məndəbə, Fars körfəzindən Qırmızı dənizə qədər uzanan xətt müqavimət cəbhəsinin yeni təhlükəsizlik zolağı olacaq.
Qaani sosial şəbəkə hesabında yaydığı mesajda ABŞ və İsrailin bölgədəki hücumlarına qarşı müqavimət cəbhəsinin birgə cavab verəcəyini qeyd edib.
Qaani xüsusilə Yəməndəki husilərin İsrailə son hücumlarına diqqət çəkərək, Hörmüz boğazı, Babül-Məndəb, Fars körfəzi və Qırmızı dənizi əhatə edən xəttin yeni təhlükəsizlik zonası kimi formalaşacağını bildirib.
Onun sözlərinə görə, ABŞ və İsrail hücumlarını davam etdirərsə, bu strateji dəniz marşrutları müqavimət qüvvələri tərəfindən bağlana bilər.
Açıqlama Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib və İran tərəfinin dəniz nəqliyyat xətləri üzərindən təzyiq imkanlarını vurğulayan yeni siyasi mesaj kimi qiymətləndirilir.