İranda ardıcıl partlayışlar – VİDEO
Şiraz hava limanında uçuşlar dayandırıldı
09:08 | 29 may 2026 | Cümə
Məqaləyə 60 dəfə baxılıb
Şriftin ölçüsü
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
Iran mediası ABŞ və İran arasında razılığın əldə olunması barədə yayılan xəbərləri təkzib edib. İran mətbuatının məlumatına görə, tərəflər arasında müzakirə olunan memorandumun mətni hələ yekunlaşdırılmayıb.
VAXT.AZ “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, İranın ABŞ ilə danışıqlar aparan nümayəndə heyətindən adı açıqlanmayan rəsmi şəxs Qərb mənbələrinin yaydığı məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
“Bəzi Qərb mənbələrinin İran ilə terrorçu rejim arasında guya memorandum mətninin tamamlandığı və yalnız tərəflərin açıqlamasının gözlənildiyi barədə iddiaları doğru deyil. Mətn hələ tamamlanmayıb”, – deyə iranlı mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, memorandum yekun formaya salınacağı təqdirdə, bu barədə həm danışıqlarda vasitəçi rolunu oynayan Pakistan tərəfinə, həm də ictimaiyyətə rəsmi məlumat veriləcək.
Bundan əvvəl ABŞ-nin “Axios” xəbər platforması adları açıqlanmayan iki amerikalı rəsmiyə istinadən yazmışdı ki, Vaşinqton və Tehran atəşkəsin uzadılması, eləcə də İranın nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsi üçün 60 günlük razılığa gəliblər.
Məlumata görə, sənədin qüvvəyə minməsi üçün ABŞ prezidenti Donald Trampın təsdiqi gözlənilir.
“Axios”un xəbərində qeyd olunurdu ki, mümkün razılaşmanın ilkin mərhələsində Hörmüz boğazı üzərindən kommersiya gəmilərinin maneəsiz keçidinə icazə veriləcək. Bunun müqabilində isə ABŞ İran limanlarına tətbiq etdiyi dəniz blokadasını aradan qaldıracaq.