
Yeni tədris ili başlayır
Yollarda təhlükəsizliyimizi birlikdə qoruyaq
Yollarda təhlükəsizliyimizi birlikdə qoruyaq
İki nəfər ağır yaralandı
Evindən silah arsenalı tapıldı
Alman məktəblərində telefon qadağası
Hökumətin küçədə tək bir uşaq belə qalmayacaq vədi fiaskoya uğradı
Silikon Vadisindəki rəhbərlər “ağıllı uşaqlar üçün böyük məbləğ ödəyir”
Almaniyada körpə qoyulması qadağan olunan adlar
Türkiyənin əhalisi 3 ayda 90 min nəfər artdı
Bir animasiya təhlükəni bundan gözəl izah edilə bilməzdi
Ana südü körpəyə xeyirli olduğu kimi ananı da qoruyur
Uşaqlarına yalançı cənnət, çəpgöz, büt, yoxsul, dərd yağdıran mənasını verən isimlər qoyanlar
Sürücü və sərnişinlərin sayəsində azyaşlı qız xilas edilib
Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
Dili bilməyən şagirdlər üçün qapılar bağlanır
Süni intellekt sayəsində uşaq sahibi olacaqlar
Berlində məktəbdə asılan göy qurşağı bayrağı böhrana səbəb olub
İndoneziyada dövlət tərəfindən maliyyələşdirilən pulsuz məktəb yeməkləri proqramı ölkədə ciddi narahatlıq yaradıb. Rəsmi məlumatlara görə, yeməklərdən zəhərlənən şagirdlərin sayı 6 minə çatıb.
Proqram, uşaqlarda boy çatışmazlığının qarşısını almağı, qidalanmanı yaxşılaşdırmağı, həmçinin yerli fermer və balıqçıların məhsullarına bazar yaratmağı hədəfləyir. Prezident Prabovo Subianto isə hadisələrə baxmayaraq təşəbbüsü müdafiə edib.
“Əlbəttə, nöqsanlar oldu, qida zəhərlənmələri yaşandı. Amma servis edilən bütün yeməklərlə müqayisədə bu, cəmi 0,00017%-lik bir nisbətdir,” – deyə Subianto bildirib.
Prezident, proqramın hələ tam oturmadığını, lakin dünyanın heç bir ölkəsində bu qədər genişmiqyaslı təşəbbüsün qısa müddətdə həyata keçirilmədiyini vurğulayıb. O, Braziliyanın oxşar proqramla 40 milyon insana çatmasının 11 il çəkdiyini xatırladıb.
Ötən həftə Milli Qidalanma Agentliyi proqram çərçivəsində fəaliyyət göstərən 9 min mətbəxdən 40-nın sanitariya standartlarına cavab vermədiyi üçün bağlandığını açıqlayıb.
Prezident Subianto isə bütün məktəb mətbəxlərinin qida keyfiyyətini yoxlamaq üçün sürətli test avadanlıqları, sterilizasiya qabları, su filtrləri və mərkəzi hökumətə bağlı kamera sistemi ilə təchiz edilməsini əmr edib.