vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
CƏMİYYƏT  
Yeni tədris ili başlayır 11:56 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni tədris ili başlayır

Yollarda təhlükəsizliyimizi birlikdə qoruyaq

VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Sentyabrın 15-də ölkəmizdə yeni tədris ili başlayır. Bununla paytaxtımızda hərəkətlilik artacaq, yollarda tıxac ehtimalı çoxalacaq. Yollarda tıxacın qarşısını almaq və şagirdlərin təhlükəsizliyini artırmaq üçün Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşlara tövsiyələr irəli sürüb. Mətndə deyilir:

“Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxtın küçə və prospektlərində, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artacağını nəzərə alaraq sürücülərə müraciət edirik.

Yol hərəkəti qaydalarına ciddi riayət edin

Təhsil müəssisələrinin ətrafında sürətinizi azaldın

Piyada keçidlərində uşaqlara və digər piyadalara yol verin

Avtomobil idarə edərkən mobil telefondan istifadə etməyin, diqqətinizi yalnız yola yönəldin

Digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaranmaması üçün dayanma-durma qaydalarını pozmamaqla avtomobillərinizi icazə verilən ərazilərdə saxlayın.

Eyni zamanda, piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə isə azyaşlı uşaqları nəzarətsiz qoymamağı tövsiyə edirik.

Təhlükəsizlik hər birimizin diqqətindən asılıdır. Yeni tədris ilini şagirdlərimiz, tələbələrimiz və bütün vətəndaşlarımız üçün təhlükəsiz, etibarlı və uğurlu edək”.