Bundestaqda yeni qayda
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
18:21 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 240 dəfə baxılıb
Şriftin ölçüsü
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Hökumət sərbəst iş qrafiki ilə yanaşı iş müddətini artırmağı düşünür
İndoneziya məktəblərindəki pulsuz yemək proqramı narahatlıq yaradıb
Fransada müəllimlər tətilə gedir!
Almaniya parlamentinin deputatının toxunulmazlığı qaldırıldı
Yollarda təhlükəsizliyimizi birlikdə qoruyaq
Sağlamlıq riski daşıyan məhsul mağazalardan yığılır
İki nəfər ağır yaralandı
Evindən silah arsenalı tapıldı
Alman məktəblərində telefon qadağası
Hansılar təhlükəsiz, hansıları risklidir?
55 min iş məhkəmə tarixini gözləyir
Nə vaxtadək qabağa getmək istəyən universitetləri arxadan tutub saxlayacaqlar?
Yerli ziyarətçi sayı artıb, əcnəbilərdə isə azalma var
Almaniya bu dili bilməyən immiqrant məktəblilərə məhdudiyyətlər qoya bilər. Təhsil naziri Karin Prien alman dilini bilmədən təhsil sisteminə daxil olan uşaqların sayının artmasına diqqət çəkib. Prien məktəblərdə immiqrant mənşəli tələbələr üçün kvota imkanını açıq qoyub və deyib ki, vacib olan uşaqlar məktəbə gətirəndə alman dilini bilmələridir.
Prienin açıqlamaları hətta hakim koalisiya daxilində reaksiyalara səbəb olub. Alman televiziyası “WELT”ə danışan Prien, kvota ideyasını məktəblər üçün “mümkün model” kimi təsvir edib və Danimarkada istifadə olunan sistemə toxunub.
Təhsil naziri alman dilini bilmədən təhsil sisteminə daxil olan uşaqların sayının artmasına diqqət çəkərək, “Hesab edirəm ki, istər 30, istərsə də 40 faiz olsun, başqa ölkələrin təcrübələrinə baxmaq həmişə məntiqlidir. Önəmli olan uşaqlar məktəbə başlayanda alman dilində danışa bilməsidir”.
Nazir həmçinin Almaniyada, hətta immiqrant mənşəyi olmayan ailələrdə də həmişə mövcud olan dil və inkişaf problemlərinə toxunub və bunun valideynlərin davranışındakı dəyişikliklərlə bağlı olduğunu deyib.
“BILD”ə verdiyi başqa bir müsahibəsində Prien, ayaqqabı bağı bağlamaq, velosiped sürmək və ya üzgüçülük kimi uşaqlarda artıq olmayan bacarıqlara toxunub. Hakim koalisiya 4 yaşlı uşaqlar üçün ümummilli məcburi dil və inkişaf testini dəstəkləyir.
İlk reaksiya hökumətin inteqrasiya üzrə komissarı Natali Pavlikdən (Sosial Demokrat Partiyası, SPD) gəlib. O, kvota tətbiq etmək imkanını rədd edib. “Almaniyanın dərslərdə kvotaya ehtiyacı yoxdur”, – deyən Pavlik, təhsil sistemindəki balanssızlığın bu yolla həll edilə bilməyəcəyini bildirib. Bununla belə, o, hər bir uşaq alman dilində danışmağı bacarmalı olduğunu bildirib.
Sosial Demokratlar Partiyasının təhsil sözçüsü Jasmin Hostert də nazirin açıqlamalarına sərt reaksiya verib: “Kvotaların və ya oxşar modellərin tətbiqini qəti şəkildə rədd edirəm. Yaxşı təhsil və inklüzivlik istisna deyil, məqsədyönlü dəstək vasitəsilə əldə edilir”, – deyən sözçü uşaq bağçalarının gücləndirilməsinə diqqət ayırmağa çağırıb. Alman Müəllimlər Assosiasiyasının prezidenti Stefan Duhl bunu məntiqli və ideal ideya kimi dəyərləndirsə də, həyata keçiriləcəyi təqdirdə ortaya çıxacaq problemlərə diqqət çəkib. “Ana dili alman dili olmayan və ya alman dilini çox az bilən bir sinifdə uşaqların sayı 90 faizə çatarsa, model əsaslı öyrənmə yarımçıq olacaq və uşaqların sinifdən kənarda alman dilindən istifadə etməsi çətinləşəcək. Onlar hələ də məktəb həyətində öz ana dillərində danışırlar”, – Duhl deyib.