Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
10:46 | 23 noyabr 2025 | Bazar
Məqaləyə 476 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Prezidenti Donald Trampın administrasiyası tərəfindən hazırlanan 28 maddəlik sülh planı bu həftə Kiyevə təqdim edildi.
Vaxt.AZ “Reuters”ə istinadən xəbər verir ki, Trampın kürəkəni Cerid Kuşner və Prezidentin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ötən ay Mayamidə Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyevlə görüşərək planın detalları üzərində müzakirə aparmışdı.
“Reuters”in analizində qeyd olunur ki, 2022-ci ildə başlayan Ukrayna müharibəsindən sonra Vaşinqton RDIF-ni sanksiya siyahısına salıb. Adının açıqlanmaması şərti ilə danışan bir amerikalı rəsmisi bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi olan Dmitriyevin ABŞ-a girişinə Ağ Ev tərəfindən xüsusi icazə verilib.
Mayamidəki görüşlər barədə məlumatlı iki rəsmisi bildirir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Ömərov da Vitkoffla planı müzakirə etmək üçün şəhərə gedib.
Mənbələrin sözlərinə görə, Vitkoff bu səfər zamanı Ömərova planı təqdim edib. Eyni zamanda bildirilir ki, ABŞ çərşənbə günü planı Türkiyə vasitəsilə Ukraynaya çatdırıb. Ağ Ev isə sənədin ilkin variantını üç gün əvvəl (noyabrın 20-də) birbaşa Kiyevə təqdim etmişdi.
Ömərov isə prosesdə yalnız “texniki rol” oynadığını və amerikalı rəsmilərlə planın detalları barədə danışmadığını iddia edir.
ABŞ rəsmiləri həmçinin bildirirlər ki, Tramp administrasiyasının Dmitriyevlə görüşməsi “kəşfiyyat daxilində narahatlıq yaradıb”. Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) şərh tələblərinə cavab vermədiyi qeyd olunur.
Gənclik illərində “Stanford” və “Harvard” kimi nüfuzlu Amerika universitetlərində təhsil alan Dmitriyevin adı, ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə Rusiyanın müdaxilə etdiyi iddialarını araşdıran keçmiş xüsusi prokuror Robert Müller tərəfindən hazırlanan hesabatda da keçir.
Dmitriyevin Trampın ilk dönəmində Vaşinqton-Moskva münasibətlərini bərpa etmək üçün təmaslara başladığı bildirilir. Bu dövrdə Dmitriyev xüsusilə Kuşnerlə birbaşa dialoq qurub.
Hesabatda o da qeyd olunur ki, Dmitriyev İraq müharibəsində mülki şəxslərin ölümündə adı hallanan ABŞ özəl təhlükəsizlik şirkəti “Blackwater”ın baş direktoru Erik Prinslə 2019-cu ildə görüşüb. Tramp tərəfdarı Prinslə rusiyalı iqtisadçının ABŞ-Rusiya münasibətlərini müzakirə etdiyi yazılır.
Digər tərəfdən Dmitriyev Tramp administrasiyasını tənqid də edib. İqtisadçı ötən ay rus neft nəhənglərinə sanksiya tətbiq edilməsi qərarını tənqid etmiş, bunun qiymətləri artıracağını demişdi. ABŞ Maliyyə naziri Skott Bessent isə Dmitriyevə sərt çıxış edərək onu “rus təbliğatçısı” adlandırmışdı.