vaxtlı-vaxtında oxuyun! Bazar, 16 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
Mərkəzi Asiyada Türk birliyi 11:48 | 16 noyabr 2025 | Bazar Məqaləyə 66 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mərkəzi Asiyada Türk birliyi

Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə iştirak edir. Bu Azərbaycan dövlət başçısının Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü iştirakıdır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilib. Bu, praktikada nə deməkdir?

SSRİ dağıldıqdan sonra Mərkəzi Asiya ölkələr arasında münasibətlər hamar deyildi, sərhəd problemləri mövcud idi, bəzən bu silahlı toqquşmalara səbəb olurdu. Bu gərginlik arxada qalıb. Mərkəzi Asiya ölkələri aralarındakı mübahisələri həll edərək əməkdaşlığı gücləndirməyə qərar veriblər. Bu arada, Rusiya və Çinin bölgədə təsir gücü artıb. Buna baxmayaraq, Rusiyanın siyasi, Çinin isə iqtisadi gücü Mərkəzi Asiya ölkələrini narahat etməyə başlayıb və bölgə dövlətləri Moskva və Pekindən asılılıqlarını azaltmaq üçün ABŞ və Avropa Birliyi ilə əlaqələri gücləndirməyə, məhsullarını fərqli bazarlara çıxarmağa üstünlük veriblər. ABŞ və Avropa Birliyinin 5+1 formatında Mərkəzi Asiya ölkələri ilə artan təmasları və ortaq investisiya layihələri də bundan xəbər verir. Bu yerdə Azərbaycanın Mərkəzi Asiya üçün əhəmiyyəti artıb. Mərkəzi Asiya ölkələri strateji məhsullarını Avropa və ABŞ bazarlarına nəql etmək üçün Orta dəhlizin davamı kimi “Tramp yolu”ndan (Zəngəzur dəhlizi) istifadə etməyi planlaşdırırlar. Bu məqsədlə Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycan Prezidenti ilə görüşləri və müzakirələri intensivləşdiriblər. Son üç ildə Mərkəzi Asiya dövlətlərinin başçıları Azərbaycana təxminən 30 səfər ediblər. İlham Əliyev isə 3 il ərzində Mərkəzi Asiya ölkələrinə 13 dəfə səfər edib.

Bu arada, Azərbaycanla Özbəkistan arasında münasibətlər müttəfiqlik səviyyəsinə qalxıb. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında isti münasibətlər mövcuddur. Bu, iki ölkə arasındakı münasibətlərə müsbət təsir edir. Azərbaycan Türkiyə və Özbəkistanla birgə Türk Dövlətləri Təşkilatını da gücləndirməyə çalışır.



   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)