Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:09 | 17 oktyabr 2025 | Cümə
Məqaləyə 1170 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini sonlandırmaq üçün müxtəlif dövlətlərin Rusiyadan neft alışını dayandırmasına çalışır. Ağ Ev sahibinin fikrincə, Rusiya neft və qazını sata bilməsə Kreml Ukraynaya qarşı işğalçı müharibəni dayandırmaq məcburiyyətində qalacaq. Bu arada, Trampın rusiyalı həmkarı Vladimir Putinlə növbəti görüşü planlaşdırılır. Görüş yerinin Macarıstan paytaxtının seçilməsi hər iki tərəfin maraqlarına cavab verir. Macarıstanın baş naziri Viktor Orbanın həm Donald Tramp, həm də Vladimir Putinlə yaxşı münasibətləri var.
Bu arada, Donald Trampın iddiasına görə, Hindistanın baş naziri Narendra Modi onunla telefon söhbəti zamanı Rusiya neftinin alışını dayandırmağa hazır olduğunu bildirib. Tramp onu da deyib ki, Hindistanın Rusiya neftindən imtinası zaman tələb edir. Buna baxmayaraq, Ağ Ev sahibi Hindistanın Rusiya neftindən tədricən imtina edəcəyinə əmin olduğunu bildirib.
Yeni Dehli Trampın Hindistanın Rusiyadan neft alışını dayandıracağını təsdiq etməyib. Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib ki, Hindistanın enerji siyasətinin hədəfləri enerji daşıyıcılarının sabit qiymətlərinin və etibarlı təchizatının təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, Hindistan Rusiya neftindən imtina etməyə hazırlaşmır. Rusiya Hindistana nefti dünya qiymətlərindən ucuz satdığına görə, Hindistanın neftayırma zavodları bundan qazanc əldə edirlər. Əgər Hindistan Rusiya neftindən imtina edərsə, körfəz ölkələrindən neft alışını artırmalı olacaq.
Tramp Hindistanla yanaşı Çinin də Rusiya neftindən imtinasına çalışır. Ancaq Pekin Vaşinqtonun tələbini yerinə yetirməcəyini bəyan edib. Pekin Vaşinqtonun tətbiq etdiyi sanksiyaların əleyhinədir.
Maraqlıdır ki, ABŞ-ın strateji müttəfiqi Yaponiya da Rusiyadan neft alır. ABŞ-ın maliyyə naziri Skott Bessent Tokionun Rusiyadan enerji idxalını dayandırmasını zərurətini qeyd edib. O bunu Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib. Görünür, Rusiyanın ucuz nefti Yaponiya da cəlb edir. Ancaq Dehli və Pekindən fərqli olaraq Tokio Vaşinqtonun tələbini yerinə yetirmək məcburiyyətindədir. Yaponiya məhsullarının əsas bazarı ABŞ-dır. Yaponiya ABŞ-la birgə layihələrə 550 milyard dollar sərmayə qoyacağına boyun olub.