ABŞ-də tarixi fürsət
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
11:55 | 17 oktyabr 2025 | Cümə
Məqaləyə 1212 dəfə baxılıb
Şriftin ölçüsü
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
İsraildə bu gün seçkilər keçirilsəydi, Baş nazir Benyamin Netanyahunun “Likud” partiyası parlamentdə (Knesset) 34 yer qazana bilərdi. Bu nəticə, qalan əsirlərin azad edilməsi və Qəzzada atəşkəsin təmin edilməsindən sonra baş nazirin reytinqində ciddi artıma işarə edir.
Vaxt.AZ “The Times of Israel”ə istinadən xəbər verir ki, “Zman Yisrael" yaydığı anketə görə, Bu, 2023-cü il oktyabrın 7-də “HƏMAS”ın həyata keçirdiyi qanlı soyqırım və bundan sonra Qəzzada başlanan münaqişədən sonra “Likud”un əldə etdiyi ən yüksək nəticədir.
Sorğuya görə, Netanyahunun əsas rəqibi olan keçmiş Baş nazir Naftali Bennettin partisi isə yalnız 20 yer qazana bilər.
“Likud”un əldə edəcəyi sayının artması ilə hakim koalisiya partiyaların Knessetdə yer sayı 59-a çata bilər. Bu isə hökumət qurmaq üçün lazım olan 60 yerə maksimum səviyyədə yaxınlaşmaq deməkdir.
Sorğuya görə, bu gün seçki keçirilsə, “Hadaş” Ərəb Yenilik Koalisiyası və Ərəb İslam Birlik Hərəkatı (Ra’am) cəmi 8 yer qanardı.
Sorğu bir çox partiyanın %3,25-lik hədd ətrafında, yəni Knessetə daxil olma şanslarını itirmək riski ilə üz-üzə olduğunu göstərir.
Sorğuda diqqət çəkən nəticələr:
Aviqdor Libermanın “Yisrael Beiteinu” (İsrail evimiz) Partiyası – 10 yer
“İfrat-pravoslav” Şas partiyası – 9 yer
İfrat-pravoslav Birləşmiş Tövrat Yəhudiliyi – 7 yer
Yair Lapid liderliyindəki “Yesh Atid” (Gələcək”) və Yair Golanın “Demokratlar Partiyası” – hər biri 7 yer
Qadi Eysenkot – “Yaşhar” və Itamar Ben-Gvir liderliyindəki “Otzma Yehudit” (Yəhudi gücü) partiyası – hər biri 5 yer
Bezalel Smotriçin liderliyindəki “Dini Siyonizm”, Benny Qantzın “Mavi və ağ”, “Ra’am”, “Hadash-Ta’al” – hərəsi 4 yer qazna bilərdi.
Yoaz Hendel liderliyindəki “HaMeluimnikim” və Fələstinin millətçi “Balad” partiyası seçim həddini keçə bilməzdi.
Bu nəticələr “Likud”un koalisiya qurmaq üçün kritik mövqedə olduğunu və Netanyahunun girov məsələsindəki uğurunun seçicilər tərəfindən müsbət qarşılandığını göstərir.