40 ildən sonra masa arxasında
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
23:35 | 14 aprel 2026 | Çərşənbə axşamı
Məqaləyə 16 dəfə baxılıb
Şriftin ölçüsü
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
SEPAH Hormuzdə yeni əməliyyat planı hazırlayır
Tehrana hücum zamanı 25 nəfərdən çox insan həlak oldu
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
ABŞ Dövlət katibi Marko Rubio İsrail ilə Livan arasında başlayan danışıqların əsas məqsədinin “Hizbullah” terror tləşkilatının regiondakı uzunmüddətli təsirinə son qoymaq olduğunu bildirib.
VAXT.AZ “Reuters”ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentində İsrail və Livan səfirlərini qəbul edən Rubio çıxışı zamanı bu prosesi “tarixi fürsət” adlandırıb. O qeyd edib ki, regionda onilliklər boyu formalaşmış mürəkkəb vəziyyətə baxmayaraq, hazırkı mərhələdə mühüm siyasi potensial mövcuddur.
Rubio vurğulayıb ki, danışıqların əsas mahiyyəti “Hizbullah”ın 20-30 il ərzində formalaşdırdığı nüfuzun aradan qaldırılması ilə bağlıdır. Onun sözlərinə görə, bu görüşlər uzunmüddətli prosesin başlanğıcı hesab olunur və nəticələrin əldə olunması zaman tələb edəcək.
İsrail və Livan uzun illərdən sonra ilk dəfə birbaşa danışıqlara başlasalar da, tərəflər fərqli gündəmlərlə masaya əyləşiblər. İsrail atəşkəs məsələsini müzakirə mövzusundan kənarda saxlayaraq Livandan “Hizbullah”ın silahsızlaşdırılmasını tələb edib.
Danışıqlarda ABŞ-ın fəal iştirakı Vaşinqtonun prosesdə irəliləyiş əldə olunmasına xüsusi önəm verdiyini göstərir. Görüşdə ABŞ-ın Livandakı səfiri Mişel İssa də iştirak edib.
Danışıqların başlamasından təxminən 15 dəqiqə sonra “Hizbullah”ın İsrailin şimalında 13 bölgəyə eyni vaxtda raket zərbələri endirdiyini açıqlaması gərginliyi daha da artırıb. İsrail ordusu daha əvvəl Livan ərazisindən atəşlərin artacağı ilə bağlı xəbərdarlıq etmişdi.
Livan prezidenti Cozef Aoun isə görüşlər başlamazdan əvvəl bu prosesin ölkə vətəndaşlarının yaşadığı çətinliklərin aradan qaldırılması üçün başlanğıc olacağına ümid etdiyini bildirib.
İranın dəstəklədiyi “Hizbullah” terror təşkilatı danışıqlara qarşı çıxaraq görüşlərin ləğv edilməsinə çağırıb. Təşkilatın baş katibi Naim Qassem daha əvvəl bu prosesə qarşı mövqe sərgiləyib.
İsrailin məlumatına görə, martın 2-dən bəri davam edən hərbi əməliyyatlar nəticəsində 2 mindən çox insan həyatını itirib, bir milyondan artıq şəxs isə öz evlərini tərk etmək məcburiyyətində qalıb.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İsrail Livan dövləti ilə sülh və normallaşma istəyir, lakin əsas problemin “Hizbullah”ın fəaliyyəti olduğunu qeyd edib.
İsrailin baş naziri Benyamin Netanyahu isə danışıqlar üçün iki əsas şərt – Hizbullahın silahsızlaşdırılması və uzunmüddətli sülh razılaşmasının əldə olunmasını irəli sürüb.
Bununla yanaşı, Fransa və Böyük Britaniya da daxil olmaqla 17 ölkə İsrail və Livanı yaranmış fürsətdən istifadə edərək birbaşa sülh danışıqlarını davam etdirməyə çağırıb.
ABŞ və İsrail rəsmiləri bildirirlər ki, “Hizbullah”la bağlı hərbi əməliyyatlar ABŞ ilə İran arasında əldə olunan atəşkəs razılaşmasının tərkib hissəsi deyil və bu əməliyyatlar davam etdirilə bilər.