Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:18 | 8 aprel 2026 | Çərşənbə
Məqaləyə 250 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarında – Vitse-prezident Vens və İran parlamentinin sədri Qalibaf kimi “ağır fiqurlar” iştirak edəcək. Həmçinin “sövdələşmə mütəxəssisləri” sayılan Vitkofla Kuşner orada olacaq.
Hələ ki, atəşkəs sazişinin mətni məlum deyil. Amma bir məsələ aydındır. Tərəflər bir-birinə ciddi güzəştlərə gedib.
ABŞ üçün “İran məsələsi” böyük ölçüdə bağlanır: Nüvə mərkəzləri dağılıb, iqtisadi “durbin” Trampın əlinə keçib, İran daxilində siyasi sistem yeni çalar alıb.
Artıq İran üçün ənənəvi “müqavimət iqtisadiyyatı”, Yaxın Şərqdə prosesi diktə edən “bölgə oxları” və regional təsir rıçaqları qalmayıb. Bütün bunlar ciddi şəkildə deformasiya olub.
Tramp savaş “qırğı”larını sakitləşdirmək üçün bunları uğur kimi deyə bilər.
Digər tərəfdən ABŞ-İran savaşı Qəzzadan sonra regionun “yenidən qurulması” üçün böyük fürsətlər yaratdı.
Tramp “daimi atəşkəs” formatına nail ola bilsə bu, Tehranı uzunmüddətli nəzarətdə saxlamaq deməkdir. “Daimi atəşkəs” regionun nəbzinin “müharibə” qorxusu ilə vurmasıdır. Bu isə komfort və sabitliyə öyrəşmiş ərəb ölkələri üçün diskomfort və qorxudur. Bu qorxu zaman keçdikcə İrana qarşı təhlükəsizlik qurşağını yarada bilər.
İran bu savaşda 47 il əvvəl qurduğu islam idarəçiliyi sistemini qoruya bildi. Tehranın bu müharibədə ən böyük uğuru hələ ki budur. Bundan başqa Tehranın daim qorxduğu ərazi parçalanmaları baş vermədi. Üstəlik İran cəmiyyəti birlik nümayiş etdirdi və siyasi sistemdən bütün narazılıqlarına baxmayaraq dövlətin yanında oldu.
Digər tərəfdən İran danışıqlar üçün öz təkliflər paketini masa üzərinə qoya bildi. Bu isə “qalib-məğlub” mübahisələrini müvəqqəti də olsa arxa plana atır.
Bu savaşda regionda “söz sahibləri”nin ilkin cizgiləri ortaya çıxdı. Türkiyə, Pakistan, Çin ABŞ-la “danışqlar masası”nın qurulmasının əsas təşəbbüskarları kimi çıxış etdilər.
Onların səsinin eşidilməsi hərbi-siyasi teatr üçün ciddi mesajdır.
İndi aprelin 10-da baş tutacaq danışıqları gözləmək qalır.
Bu danışıqların nəticəsi bölgənin yeni “yol xəritəsi”ni müəyyən edəcək.