vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 6 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
Luçeskunun vəziyyəti ağırlaşdı 11:57 | 6 aprel 2026 | Bazar ertəsi Məqaləyə 17 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Luçeskunun vəziyyəti ağırlaşdı

Sosial şəbəkələrdə beyin ölümü ilə bağlı iddialar yayıldı

CAVİD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rumıniyalı tanınmış futbol mütəxəssisi Mirça Luçeskunun səhhətinin ağırlaşdığı bildirilir.

VAXT.AZ “GSP.ro” xəbər portalına istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis son günlər səhhətində yaranan ciddi problemlərdən sonra xəstəxanaya yerləşdirilib və hazırda reanimasiya şöbəsində müalicə alır. Bildirilir ki, onun vəziyyəti kritik olaraq qiymətləndirilir və həkimlərin nəzarəti altındadır.

Məlumatlarda qeyd olunur ki, məşqçinin səhhətində yaranan problemlər ürək-damar sistemi ilə bağlı ağırlaşmalar fonunda baş verib. Həkimlər onun vəziyyətinin stabilləşdirilməsi istiqamətində müalicəni davam etdirir.

Eyni zamanda sosial şəbəkələrdə Mirça Luçeskunun beyin ölümü keçirdiyi ilə bağlı təsdiqlənməmiş iddialar da yayılıb.

Xatırladaq ki, 80 yaşlı məşqçi martın 29-da Rumıniya millisi ilə məşq zamanı qəflətən yıxılıb və ürək ritmi pozuntuları səbəbindən təcili olaraq Buxarest Universitet Xəstəxanasına aparılıb. Başlanğıcda onun səhhətinin stabil olduğu bildirilsə də, günlərdə vəziyyəti pisləşib Luçesku xəstəxananın reanimasiya şöbəsinə köçürülərək intensiv müalicə altına alınıb. Hadisə millinin 2026 Dünya Kuboku Avropa seçmə mərhələsi play‑off yarımfinalında Türkiyəyə 1‑0 məğlubiyyətdən üç gün sonra baş verib və bu pisləşmə məşqçilər heyəti və azarkeşlər arasında narahatlıq yaradıb.

Qeyd edək ki, Mirça Luçesku Avropa futbolunda uzun illər fəaliyyət göstərmiş tanınmış məşqçilərdən biri hesab olunur və müxtəlif ölkələrin aparıcı klublarında qazandığı uğurlarla tanınır.