
Dünyaca məşhur hakim dünyasını dəyişdi
Məhkəmədəki davranışı ilə xalqın sevgisini qazanmışdı
Məhkəmədəki davranışı ilə xalqın sevgisini qazanmışdı
Romantik reflekslərlə ört-basdır etməyə çalışdıqlar yerdə gülüş təhlükəli “əxlaqsızlıqdır”
“Fənərbaxça”lı azarkeş adam öldürməyə cəhddə ittiham olunur
... Lamine Yamal əyləncə düşkünüdür
Oynamaq da, qalib gəlmək də olar
Klublararası Dünya Kubokunda hakimlər bədən kameraları taxacaqlar
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
Bunu bu işin eksperti deyir
“Real Madrid” rəsmi olaraq açıqladı
...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
İngiltərə futbol çempionatı “Premier Lig”in keçmiş hakimi Devid Kutenin (David Coote) bir uşağa aid təcavüzkar foto və ya video saxlamaqla suçlandığı bildirilib.
İttihamlar Nottinqem polisinin apardığı istintaqdan qaynaqlanır. Polis qeyd edib ki, ittihamlar materialı yükləməyi, paylaşmağı və ya qeydə almağı da əhatə edir.
İşin sənədləri avqustun 12-də açılıb və gözlənilir ki, Kute sentyabrın 12-də sülh məhkəməsində hakim qarşısına çıxacaq.
43 yaşlı keçmiş hakim, bir videoda “Liverpool”un keçmiş baş məşqçisi Yurgen Klop haqqında təhqiredici şərhlər etdiyi iddiası ilə ötən il İngiltərə Hakimlər Şurası PGMOL tərəfindən işdən çıxarılmışdı.
Bundan əlavə, bu şərhlərə görə Futbol Federasiyası (FA) tərəfindən səkkiz həftəlik diskvalifikasiya almışdı.
Əlavə olaraq, 2024 Avropa Çempionatı üçün Almaniyada olduğu vaxt narkotik maddə istifadə etdiyi iddia olunan fotoşəkillərin ortaya çıxması səbəbindən UEFA tərəfindən müvəqqəti olaraq yarışlardan kənarlaşdırılmışdı.
Bu qadağa gələn il 30 iyunda sona çatacaq.