
“Çünki onlar kişi doğulub”
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
Bunu bu işin eksperti deyir
“Real Madrid” rəsmi olaraq açıqladı
...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
Uduzmağı qüruruna sığışdırmayan Joze Morurinyodan Okan Buruka səviyyəsiz davranış
Davinson Sançesdən möhtəşəm reaksiya
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Məşhur futbolçunun işi yenidən açıldı, qətl şübhələri var
Azərbaycan futboluna rekviyem əvəzi
Özbəkistan millisi mundialın qapısını döyərkən, bizim futbolçular 8 oyunda 7 məğlubiyyət aldı
FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) və İFAB (Beynəlxalq Futbol Federasiyaları Birliyi) bu yay keçiriləcək Klublararası Dünya Kuboku futbol dünyasında bir çox texnoloji yeniliklərə ev sahibliyi edəcək. Hakim qərarlarından tutmuş ofsayd texnologiyasına qədər bir çox sahədə inqilabi tətbiqlər həyata keçiriləcək.
Turnirdə sınanacaq 5 əsas yeniliyi təqdim edirik:
1. Meydanda bədən kameraları olan hakimlər
IFAB-ın icazəsi ilə hakimlər artıq bədən kameraları taxacaqlar. Bu kameralar həm tamaşaçıya daha çox şəffaflıq təmin edəcək, həm də hakimlərin qərar vermə anlarını təkbətək əks etdirəcək. Yayımlarda istifadə olunacaq bu görüntülər futbol azarkeşlərinə oyunun daxili hekayəsini göstərəcək.
2. VAR rəyləri stadionda canlı yayımlanacaq
Hakimlərin VAR monitoru qarşısında hazırladıqları video rəylər stadion ekranlarında canlı yayımlanacaq. Azarkeşlər verilən qərarların səbəblərini dərhal görə biləcək və spekulyasiyalar minimuma endiriləcək.
3. Sensor tərəfindən dəstəklənən ofsayd qərarlarının yeni dövrü
Yeni sistemlə istifadə edilən toplara yerləşdiriləcək sensorlar ilə yarı avtomatik ofsayd texnologiyası işə düşəcək. Beləliklə, ofsayd qərarları daha sürətli və daha dəqiq olacaq.
4. Süni intellektlə canlı məlumat izləmə
FİFA-nın “Hawk-Eye” (“Qırğı gözü”) ilə birgə hazırladığı süni intellekt sistemi matç zamanı canlı məlumatların toplanması vəzifəsini öz üzərinə götürəcək. Oyunçu hərəkətləri, top sürəti və ötürmə trafiki kimi bir çox detal dərhal təhlil ediləcək.
5. Kağız əvəzetmə bildirişi dövrü bitdi
Artıq oyunçuların dəyişdirilməsi rəqəmsal planşetlər vasitəsilə həyata keçiriləcək. 4-cü hakimlər ehtiyat oyunçular skamyasından əvəzetmə sorğularını kağız üzərində deyil, elektron şəkildə qəbul edəcəklər.
Futbolun gələcəyi test olunur
Bu tətbiqlər futbolun inkişafı üçün mühüm addım hesab edilsə də, uğurlu olacağı təqdirdə bir çox beynəlxalq turnir və liqalarda istifadə ediləcəyi gözlənilir.