
İngiltərə futbolunda faciə
“Arsenal”in sabiq futbolçusu Billi Viqar 21 yaşında vəfat edib
“Arsenal”in sabiq futbolçusu Billi Viqar 21 yaşında vəfat edib
“Premier Lig”in keçmiş referisi Kute uşaq istismarında günahlandırlılr
Romantik reflekslərlə ört-basdır etməyə çalışdıqlar yerdə gülüş təhlükəli “əxlaqsızlıqdır”
“Fənərbaxça”lı azarkeş adam öldürməyə cəhddə ittiham olunur
... Lamine Yamal əyləncə düşkünüdür
Oynamaq da, qalib gəlmək də olar
Klublararası Dünya Kubokunda hakimlər bədən kameraları taxacaqlar
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
Bunu bu işin eksperti deyir
“Real Madrid” rəsmi olaraq açıqladı
...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Adətən futbol səfərlərindən sonra bir təəssürat yazısı yazırıqsa, oyunla yanaşı baş çəkdiyimiz şəhər və məkanlar haqda söhbət açırıq. Gözəllikləri, yaxşı-pis tərəfləri haqda danışır, mütləq özümüzlə müqayisə edirik. Elədi. Amma gərək üzrlü sayasız, bu dəfə xüsusi bir həvəsim yoxdur buna. Həm də ki, Parisi necə təsvir edim sizə? Nə və necə bilirsizsə, elə o cürdür. Partlamayıb da, dağılmayıb da. Yerindədir, gözəldir. Krakov da həmçinin. Vaxt olar, yazaram.
Amma bu səfərin baş tutmasında təşkilatçılığa görə AFFA-ya, maliyyə dəstəyinə görə isə “Misli”yə təşəkkür etməyi unutmamalıyam. Sağ olsunlar!
Keçim demək istədiklərimə.
Bu səfərdə mən işin futbol yox, başqa - psixologiya tərəfinə daha çox diqqət yetirdim. Milli komandada milli ideyanın bərqərar olması prosesinin başlanğıcı kimi gördüm bu cüt matçı. Məğlubiyyətlərə rəğmən dedi-qodunun olmadığını, kollektivçiliyin, əsl komanda ruhunun ön plana çıxdığını gördüm. Kənardan bu belə göründümü-görünmədimi, bilmirəm. Ancaq mən içəridən bu hissə qapıldım. Əksər hallarda hisslər aldadıcı olur. Ona görə də bu ruhun, bu hisslərin bizə real nəticə gətirib-gətirməyəcəyini söyləmək çətindir. Zaman göstərəcək.
Bu səfərdə onu da başa düşdüm ki, ictimaiyyət (özüm də daxil olmaqla) olaraq bu milliyə, futbolçularımıza nəfəs almaq imkanı vermirik. Bəzən o qədər aqressivləşirik ki, gözümüz hər şeyi tutur, məntiqdən kənara çıxırıq. İddiamız istəyimizlə uzlaşmır, imkanlarımız da reallıqla. Özümüz öz işimizdə nəticə vermədən bunu başqalarından tələb edirik. Reallıq başqadı. Ölkədə təhsili, tibbi, sənayeni və digər sahələri düzəltmədən futbol piramidamızın zirvəsininin parlaq olmasını istəyə bilmərik. Olmur elə. Bütün daşları-daş üstə qoymadan piramida qurmaq mümkün deyil.
Məsələn, Fransa matçı. Bizim onlara qarşı hücum futbolu oynamağımızı istəyən kimsə varsa, onun ya bu oyundan başı çıxmır, ya da məqsədi başqadı. Qarşılaşmadan öncə “təki yeni Oser faciəsi olmasın”a dua edib, sonrasında söhbəti “bir dənə Mbappenin qabağını ala bilmədiz”ə çeviririksə, bu işdə bir yanlışlıq var. “Qapıya cəmi 1 zərbəmiz var” deməklə haqlıyıq. Amma bir gün sonra yerə-göyə sığdırmadığımız, hər imkanda nümunə göstərdiyimiz, heyəti bütünlüklə legionerlərdən təşkil olunan Mikautadzeli, Kvaratsxeliyalı Gürcüstan yığmasının İspaniya səfərində bizdən də betər statistikaya (topa sahibolma, xG, ötürmə dəqiqliyi, zərbələr və s.) malik olmağını deməməkdə haqsızıq.
Bir dəfə yazmışdım: Fransanı 5 top fərqiylə yensəydik də, çox top buraxsaydıq da futbolumuzda ciddi nəsə dəyişən deyildi. Amma Fransa matçı bizim üçün mənəvi Milad oldu. Sanki “uşaqlığın son gecəsi idi”. Məhz bu matçda kişi kimi mübarizə aparmağın mümkünlüyünü, heç kimdən, gücündən, adından asılı olmayaraq heç bir rəqibdən qorxmayacağımızı anladığımız bir qarşılaşma yaşadıq. Yetkinləşdik. Düşünmürəm ki, bir də “birdən filan komandadan 10 dənə buraxarıq” qorxusu yaşayaq. Başımıza gəlməməsi üçün necə davranmalı olduğumuzu başa düşdük, bildik. Çox vacib təcrübə oldu.
Ukrayna matçı isə yetkinliyin ilk qarşılaşması idi. Yaxşı müdafiə də olunduq, mövqe hücumları da qurduq, qol da vurduq, yenə də vura bilərdik. Ukrayna televiziyası şərhçisinin 2-ci hissənin bir məqamında səsləndirdiyi “biz Azərbaycan yığmasıyla oynayırıq, yoxsa Braziliya” təəccüb dolu sualı da ayrı bir gözəllikdi. Eyni zamanda, səhvlərimiz də oldu, bəxtimizin gətirmədiyi epizodlar da yaşadıq, qollar da buraxdıq, yenə də buraxa bilərdik. Bu, olası şeylərdir. Hakim köməyi də ukraynalıların dadına çatdı. Bu, olmasaydı nəticə başqa cür ola bilərdimi? Bəli, ola bilərdi. Futbol həmişə siyasətlə iç-içə olub, amma hər şeyin də bir əndazəsi var, olmalıdır. Zəif yığmayıq deyə, basıb gözümüzü çıxarmalı da deyillər.
Qorxaq futbolu heç vaxt bəyənməmişəm. Əlində resurs varsa, rəqib də buna imkan verirsə, sən öz qapına çəkilməyini mənə izah edə bilməzsən. Bunu daha çox klublarımıza aid edirəm, çünki xüsusən avrokuboklarda “vay, bizə filan cahanşümül komanda düşdü” deyib oyuna çıxmadan uduzmağı normaya çeviriblər. Heyətin var, maliyyən var, yarışa da qatılmısansa, rəqibin adına görə “2 nömrə” ilə oynamağa ixtiyarın yoxdur.
Millidə durum fərqlidi. Sənin Mahirə bir şey olsa hücumda, Eminə bir şey olsa orta xətdə, Bəhlula bir şey olsa müdafiədə, Şahruddinə bir şey olsa ki, oldu artıq – alternativ tapmağın müşkülə çevrilir. Ya yığmanı ucdantutma legionerlə doldurmalısan (bu da edilib, heç bir effekti də olmayıb), ya da yerli ehtiyat qüvvə istehsal etməlisən. Aşağı yaş qruplarımızdakı vəziyyət pisdi, bunu da bilirik. Amma başqa məntiqli variant yoxdu. İşləmək, düzgün işləmək, gələcəyimizi təmin etmək lazımdı. Buna isə vaxt lazımdır.
Bəs o vaxta qədər əlimizdəki yığmanı nə edək?
Ritorik sualdır.