
“Qarabağ”ın səssiz intiqamı?
Mümkündür, amma inanmıram
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Amma vəziyyət budu, barışmalıyıq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Avropa Liqasının yarımfinalındakı 4 komandadan ikisi bu mövsüm “Qarabağ”ın rəqibi olub. Bir-biriləriylə qarşılaşacaqlarını nəzərə alsaq, finalçılardan azı 1-i təmsilçimizlə üz-üzə gəlmiş kollektiv olacaq.
Bu komandalardan biri “Bodo Qlimt”di. O “Bodo Qlimt” ki, evində cəmi 1 məğlubiyyəti var, onu da “Qarabağ”dan alıb. Digəri isə penaltini qaçırdığımız “Tottenhem”di. O matçda ələ düşən epizodlardan yararlanmaq mümkün olsaydı, indi başqa şeylərdən danışırdıq.
Prinsipcə, danışa da bilərik. Çox güclü rəqiblərlə üz-üzə gələn “Qarabağ”ın sonuncu pillədə qərarlaşması üzücü olsa da, hazırkı durum bir qədər fərqli düşünməyə vadar edir. O ki, püşk də, bəzi vəziyyətlər də “köhlən atlar”ın xeyrinə olsaydı, təmsilçimiz daha yaxşı çıxış edə, daha yaxşı mövsüm keçirə bilərdi.
“Qarabağ” heç bir rəqibinə asan təslim olmadı, güc göstərdi. Liqa variantında ilk sınağı uğursuz olsa da, qazanılan təcrübə böyük oldu. Bu təcrübə qarşıdakı mövsümdə komandaya çox kömək edəcək.