
“Qarabağ”ın səssiz intiqamı?
Mümkündür, amma inanmıram
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Amma vəziyyət budu, barışmalıyıq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
Premyer Liqa hazırlığında rahatlıq
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
Premyer Liqada 33-cü tur geridə qaldı. Öyrəndik ki...
Bundan sonrakı 3 həftədə yarışın adını “Premiya Liqası” olaraq dəyişə bilərik. Turnir cədvəli baxımından bütün suallara böyük ölçüdə aydınlıq gəldiyindən, komandalar meydana ən yaxşı halda premiya üçün çıxacaqlar. Bu da az stimul deyil. Klub üçün nüfuz, futbolçu üçün pul vacib rol oynayır. Bu iki məhfumun birləşməsi növbəti turlarda az da olsa marağı saxlayacaq.
Meydanda tam performansla çıxış etməyə məcbur olan iki komanda “Qarabağ” və “Sabah”dı. Kubokun finalına qədər formadan düşməmək üçün baş məşqçi də, Berezutski də intensivliyi aşağı salmayacaqlar, əksinə artıracaqlar.
Turun əsas məqamı Amin Rzayevlə bağlıdır. O, Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib. “Qarabağ”ın bu şansı ona verməsini alqışlamaq lazımdır. Futbolumuzun gələcəyinə ümidlə baxmaq üçün bu addımlar xüsusi əhəmiyyət daşıyır.
“Turan” və “Neftçi” haqqında heç nə yazmayacam, çünki yeni bir şey yoxdur. Əvvəl nə demişdim, indi də eyni fikirdəyəm.
Çempion “Qarabağ” olsa da, mövsümün komandası “Zirə”dir.