
Tiki-taka...
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
“Köhlən atlar”ı nə durdurdu – şansızlıq, yoxsa imkandan istifadə etməmək?
“Qarabağ”ın fövqəladə hallarda “B” planı yoxdur
... Yaxud oyundan daha maraqlı mətbuat konfransı
İndi Avropa bizi yox, onu alqışlayır
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi
Əvvəlcə, “Zirə”ni xarakterinə görə alqışlayaq. Bunu haqq edirlər. Rəşad Sadıqovun yetirmələri sona qədər döyüşdülər, azlıqda olmalarına rəğmən qol vurub oyunu əlavə vaxta apara bildilər. Təmsilçilərimizdən bu mərhələdə püşkdə ən çətin rəqib də “Zirə”yə düşmüşdü. Bəlkə də şablon səslənəcək, amma “Hayduk” “Hayduk”du. Onu üstələmək asan deyil. “Qartallar” belə rəqiblə ümumən başabaş oynadılar. Xorvatlar da xüsusi nə iləsə fərqlənmədilər.
Ancaq bəzi detallar da var. “Hayduk”u keçmək üçün güclü, hərtərəfli hazır olmalısan. Yarım canla bunu etmək mümkün deyil.
Sumanın gedəcəyi az qala qışdan bəlli idi və buna hazırlıq görmək olardı. Utziq də intizamsızlıq edib komandanı dar ayaqda qoydu. Onların yerinə alınanlar isə bəlkə də kömək edə bilərdilər (buna şübhəm var), ancaq onların da zədələnməsi planları alt-üst etdi.
“Zirə” yay hazırlığını avrokubok yox, Premyer Liqanın yeni mövsümü üçün keçirdi, hədəfini ona istiqamətləndirdi. Nəticəsini də gördük. İndi rahatlıqla mövsümə hazırlaşa, ora köklənə bilərlər. Mane olan yoxdur.