
“Azarkeşlərin isti qarşılanacaqlarına inanıram”
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
Britaniya səfiri Bakıda keçiriləcək Avropa Liqasının finalı haqda
İngiltərə KİV-i sayıqlamaları, Kloppun cahilliyi
Final günü dünya bizi dinləyib və bizi eşidəcək
UEFA Bakının “qara qaşına-gözünə” vurulmayıb
AFFA-nın “Kəpəz”dəki yeni təyinatlarından ...
İsgəndər Cavadov: ““Kəpəz”ə 10 gün vaxt verilmişdi”
İsgəndər Cavadov: ““Kəpəz”ə 10 gün vaxt verilmişdi”
İsgəndər Cavadov: ““Kəpəz”ə 10 gün vaxt verilmişdi”
“Kəpəz” onsuz da yaxşı durumda deyil, indi də bu Mirça Rednik adlı “moşenniki” kluba calaq eləmək istəyirlər. İstəyənlər var, amma hər şey göründüyü kimi deyil.
Klubdan iki dəfə – ən son bu gün – soruşmuşuq, deyirlər boş söhbətdir. Onlara inanmamaq üçün bir səbəb yoxdur, məncə hər şey elə bu cürdür. Bəs Azər Bağırov dura-dura rumıniyalı məşqçi gətirməyin mənası və məntiqi nədir? Heç nə. Adam komandanı dibdən çıxarıb, ayaq üstə saxlamağı bacarıb. Pulun olmadığı vaxtda bunu edə bilib. İndi kluba yaxşı maliyyə gələcəyi eşidilən kimi xaricdən adam gətirmə şakəri niyə baş qaldırıb? Sualları çoxaltmaq olar.
Aydındır ki, kimsə özündə klub adından danışmaq səlahiyyəti hiss edib (ya da kimsə “arxandayam, get danış” deyib) Redniklə danışıb, razılaşıb. Onun da ağzı boşdur, ilk imkandaca öz mediasına bunu sızdırıb, ölkəsindən kənarda hələ də kiməsə lazım olduğu effekti yaratmağa çalışıb. Yəni o da, onun calağı ilə məşğul olanlar da “Kəpəz”i öz oyunlarına alət ediblər. Vəziyyət də gəlib bu duruma çatıb.
Redniki “XL” vaxtında bazada pişiklərə yem verdiyinə, sıravi çalışanlara diqqət göstərdiyinə görə Tanrı səviyyəsinə qaldırmışdılar. Realda isə onlarla futbolçu gətirib “otkat” almış, onu da düz yoluna qoya bilməyib, komanda daxilində problemə yol açmış biri idi. Meydanda da xüsusi bir uğuru olmamışdı.
“Kəpəz” köhnə adətlərindən əl çəkməlidir. Əvvəl demişəm, indi də təkrarlayıram: həm klubda, həm də bütün camiədə bu komandanın uğurunu istəməyən, yalnız özünü, öz cibini, gəlirlərini düşünənlər var, sayları da az deyil. Bu şəxslər “biz” deyəndə “Kəpəz”i yox, klubdan nəsə qazana bilmək imkanı verən qrupları nəzərdə tuturlar. Şüarları budu: ““Biz” varıqsa, “Kəpəz” bizimdi, “biz” yoxuqsa, bizim deyil”.