
“Qarabağ”ın səssiz intiqamı?
Mümkündür, amma inanmıram
Mümkündür, amma inanmıram
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bakıda Çempionlar Liqasının himnini eşidəcəyik! Gözəl qələbə oldu. Bütün 90 dəqiqədən zövq aldıq.
Turun taleyi hələ səfərdə həll olunmalıydı. Ələ düşən epizodlardan düzgün yararlansaydıq, məhz elə də olacaqdı. Qismət cavab matçına imiş.
Rəhmətlik Böyükağa Hacıyevin bir dəfə gürcü rəqibi haqqında dediyi “o arı pətəyinə çubuq soxdu” cümləsi vardı. “Şkendiya”nın ilk qolu həmin misal oldu. O qoldan sonra “Qarabağ” ayıldı və futbol oynamağa, qarşısındakı vəzifəni həll etməyə başladı. Missiya elə ilk 45 dəqiqədə yerinə yetirildi.
Heyət baxımından əsas dəyişiklik Yankoviçin startda meydana çıxması, bununla da Kadinin öz ənənəvi mövqeyinə qayıtmaq, orda özünü ən yaxşı tərəfdən göstərmək imkanı qazanması idi. Gözlənilənlər oldu. Borges hücuma çox böyük dəstək verdi, epizodlar yaratdı, komanda yoldaşlarının fərqlənməsi üçün xeyli iş gördü.
Və Zubir... Həmişə dediyim cümlədir: Zubir formadadısa, istəklidisə, yaxşı oynayırsa, “Qarabağ” da uğura yaxın olur. Abdulla bu matçı yaxşı keçirdi, nəticəsi də tablodadır.
Daha bir müsbət məqam Qurban Qurbanovun gənc Hikmət Cəbrayılzadəyə avrokuboklarda debüt şansı verməsi idi.
Bu qələbə “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsinə vəsiqəni rəsmiləşdirdi. Bu isə o deməkdi ki, biz Konfrans Liqasından fərqli olaraq dekabra yox, ən azı yanvarın son gününə qədər avrokuboklarda olacaq, təmsilçimizin ifasında 6 yox, 8 matça şahidlik edəcəyik. Əladır.
Və ən əsası. Bakıda Çempionlar Liqasının himni səslənəcək. Pley-offdayıq və bu mərhələni də adlayıb fantastik bir payız yaşaya bilərik. Rəqib tanışdı, dişimizə görədir. Hər şey yeni tarixin yazılmasına doğru gedir.
Uğurlar, “Qarabağ”!