
24 saatda 4 ilin qazancı
Məşqçi işi və bizim istədiyimiz milli
Məşqçi işi və bizim istədiyimiz milli
... Yaxud əcnəbi məşqçilərin “əhəmiyyəti”
Millini növbəti oyuna U-21 komandamızın baş məşqçisi çıxaracaq
Ölkə futbolunu kökünə balta vuranlar ...
“Qartal”lar qələbəyə daha layiq tərəf idi
... və Allah ümidinə qalan “Kəpəz”
Oynamaq da, qalib gəlmək də olar
“Bəs biz harda oynayaq?” ...
... Yaxud Qurban Qurbanovun heyrəti, atmacaya cavabı
Bunu bu işin eksperti deyir
... Yaxud işi bilənlərə tapşırmağın nəticəsi
... Yaxud Sumqayıt vaxt keçirəcək yer deyil
Komandada cibini, gəlirlərini düşünənlərin sayı az deyil
Stadiona qoldan başqa hər şey vardı
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Əvvəlkilər prinsipial mövqeyə görə düşmənçilik edilirdi, yeni gələnlər niyə eyni yolu tutub?
Əvvəlki AFFA rəhbərliyi o qədər ədalətsiz qərarlar qəbul edib, yanlış mövqe nümayiş etdirib ki, indikilər nəyisə düz edəndə də eyni cür davranırıq. Yeri gəldi-gəlmədi döşəyirik sözdən-cümlədən, yüksək səslə danışırıq. Ancaq hündürdən danışmaq düzünü danışmaq demək deyil. Düzü elə sakit də demək olar.
Bu gün baş verən “bəyanat növbələşməsi” xoş olmadı. Startı tovuzluların verməsi də məni çox üzdü. “Şamaxı”dan çəkinəcək qədər hazırlıqsız olmaq, hər mövzunu hakimlik söhbətinə gətirmək, üstünə də yayım və VAR söhbətini əlavə etmək lazım deyildi. Əsasnamə var, ona uyğun da davranış nümayiş etdirildi, stadion da, meydança da hazırlandı, oyun da oynandı. Ortada ciddi əmək var, ən azından onu nəzərə almaq gərəkdir. İndi nəyə lazım idi bu olanlar? Nə xeyri oldu?
Azərbaycan futbolunun əsas problemi hakimlik deyil. Hə, belə bir problem var, ancaq həlledici deyil. Hakimlərimizin səviyyəsi bu qədərdir, ona uyğun da hakimlik edirlər. Səhvləri “N” qədərdir, bundan sonra da olacaq. Olacaq, biz də yazacağıq, gündəmə gətirəcəyik, həmişə olduğu kimi. Amma bunu bu böyüklükdə qloballaşdırmağa əsas yoxdur.
Ən çox xeyrinə qərar verildiyi deyilən klub “Sabah”dır, mübahisəyə girsəm, bu mövsüm onların əleyhinə verilən və lehinə verilməyən azı 10 epizod paylaşaram. Sadəcə məlumat üçün yazdım.
AFFA-nın bəyanatı da sərt idi. Məncə, daha yumşaq davranmaq olardı. Ancaq olan-olub artıq. Ortada bir mövqe var, onu nəzərə almalıyıq. Elə ancaq “AFFA səhvdir”, “AFFA qərəzlidir”, “futbolu məhv etmək istəyirlər” demək də səhvdir, elə qərəzdir. Köhnələr yeməyimizə o qədər zəhər qatıblar ki, təzələr qənd də versə, dadı başqa olduğuna görə özümüzü narahat hiss edəcəyik.
Hər şey qarışıqdır.
Bircə onu bilirəm ki, dalaşmaq yox, barışmaq üçün yollar axtarmaq lazımdı.