
“Neftçi”də sadiqlik çatmır
Amma vəziyyət budu, barışmalıyıq
Amma vəziyyət budu, barışmalıyıq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Elvinlə Muradın transferini praqmatik qərar adlandırmaq olar
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
“Qarabağ”ın “Zirə” (4:0) ilə 90 dəqiqə və “Metallist 1925”lə (4:5) 120 dəqiqəlik yoxlama görüşlərini izlədim. Təbii ki, toplanış zamanı matçlarda qeydə alınan nəticələr əhəmiyyət daşımır. Bu qarşılaşmalarda müxtəlif taktiki gedişlər, fiziki və atletik hazırlıq, bir sıra digər məqamlar ön plana çıxır. Burası aydındır. Amma bu iki matçda bəzi şeylər görmək mümkün oldu ki, yazmasaq olmaz.
Birincisi, ən əsası, ümdəsi: “Qarabağ”ın müdafiə xətti fiaskodur! Bu sözə nə sinonim tapa bilirsizsə, tapıb yaza bilərsiz. Xüsusilə mərkəzində elə bir vəziyyətdir ki, danışılası deyil. Premyer Liqamızda İSTƏNİLƏN komanda bu “Qarabağ”ın bu mərkəz müdafiəsini asanlıqla keçə, qol vura bilər. Medina bir ara qurşandığı gecə həyatından hələ tam ayılmayıb, Mateus o dərəcədə etibarlı deyil, Bəhlul və Bədavi normaldılar, amma o güvəni vermirlər. Asmalar, standart vəziyyətlərdə müdafiə yenə də yox kimidir, rəqiblər az qala boş qapıya top vururlar. Ötən mövsümdəki səhvlərdən nəinki nəticə çıxarılmayıb, əksinə durum daha da pisləşib.
Yeni transfer Pedro Bikalyo konkret ruh kimidir meydanda. Nə müdafiəyə kömək edə bilir, nə də hücuma dəstək olur. Əvvəldə də qeyd etdim: bəli, toplanış təzə başlayıb, bir-iki matçla qiymət vermək düz deyil. Ancaq bu qədər faydasız birini çoxdandı görmürdüm. Ümid edək ki, düzələcək.
Addai hər iki matçda qol vursa da (biri rikoşet, biri də penaltidən), rəqibdən oynayırmış kimi oynadı. Yersiz driblinq, hay-küy, çalışqanlıq var, amma səmərə yoxdur.
Müsbət məqamlar da var. Gənclərə şans verilir, onlar da özlərini yaxşı tərəfdən göstərə bilirlər. Hikmət Cəbrayılzadə və Hikmət Qədimov ümumi ansambldan geri qalmadılar, uyğunlaşaraq bu gedişlə əsas heyətdə də yer ala biləcəklərinə ümid verdilər.
Kaşuk alov kimidir. Çox yaxşıdır, çox istəkli, çox hazırlıqlıdır. Adamın futbolçu səviyyəsi həmişə olub, vaxtaşırı da bunu göstərir. Əsas heyətdə yerə namizədliyini ortaya qoyur.
İcarədə qayıdan Rüstəm Əhmədzadə də yaxşıdır, istəklidir. Ehtiyat qüvvə kimi xeyri dəyəcəyinə şübhə yoxdur.
Oyun planında hücumda, xüsusilə cinahlardan qısa ötürmələr daha da çoxalıb. “Sabah”la kubokun finalında buna işarələr vardı, indi toplanışda təkrarlanır, daha da təkmilləşdirilir.
“Qarabağ”a müdafiənin mərkəzinə, orta xəttə və hücumun mərkəzində transfer lazımdı. Olmasa, heç “Linfild” (yaxud “Şelburn”) da keçilməyəcək.