vaxtlı-vaxtında oxuyun! Cümə, 1 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
Derbiyə vurulan damğa 08:39 | 1 may 2026 | Cümə Məqaləyə 148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Derbiyə vurulan damğa

“Neftçi” ilə Vernidub yaxşı tapışıblar

Kənan MƏSTƏLİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

“Neftçi” yenə “Qarabağ”ı çempionluqdan etdi! 5 mövsüm əvvəl qazandığı qələbə ilə özü qızıl medallara sahib çıxmışdı, bu dəfə də 1 qələbə ilə “Sabah”a eyni sevinci yaşatdı.

Tarixə bax, taleyə bax!

Cəmi bir matçda yaşananlara bax!

Həmin matçda da 9 nömrə qol vurmuşdu, bu dəfə də 9 nömrə vurdu. O vaxt da son dəqiqədə qol vurulmuşdu, indi də...

Fantastikadır!

Derbiyə Vernidub damğasını vurdu. Ötən matçdakı səhvlərin heç birini təkrarlamadı, doğru, dəqiq müdaxilələrlə fərqi ortaya qoydu.

İlk məqam öz prinsiplərindən bir matçlıq imtina edərək komandanı arxaya çəkməsi idi. Bu gün 1:5-lik matçdakı hücuma qaçan, pressinq etməyə çalışan, ancaq bununla da müdafiədə boşluqlar verən “Neftçi”ni görmədik. Nəinki Azərbaycanda, artıq bütün Avropada bilirlər ki, “Qarabağ”a qarşı bu cür oynamaq özünəqəsddir. Ukraynalı mütəxəssis də bunu gördü, səhvini anladı və hər şeyi dəyişdi.

Start heyət və sonrakı əvəzetmələr doğru edilmişdi. Oyun ərzində təkbətək mübarizələrdə kobuda yaxın, çox sərt müdaxilələrlə “Qarabağ”ın həm əks-hücumlarının qarşısının alınması, həm də ümumilikdə sürətinin aşağı salınması diqqətdən yayınmadı. Bu cür top gəzdirən, sürətli pas trafikinə əsaslanan oyunu olan komandalara qarşı bu cür çıxış ən doğru yoldur. Nəticəsini də gördük. Belə hallarda, oyunun hakiminin performansı ön plana çıxır ki, budəfəki əla idarəçilik matçda futboldan başqa şeyləri danışmağa imkan vermədi.

“Neftçi” oyun ərzində cəmi 8-10 dəqiqə konsentrasiya problemi yaşadı ki, məhz bu məqamda qonaqlar fərqləndilər. Həm fiziki olaraq eniş vardı, həm də əvəzetmələrdən meydana daxil olan oyunçular gedişata tam uyğunlaşana qədər vaxt keçməli idi. Üstəlik, “Qarabağ”ın təzyiqi artmışdı, xüsusilə sol cinahda daha effektiv görünürdülər. Son oyunlarda yaxşı oynamayan Falaye Sakonu boş buraxdığı cinah keçidinin qolla nəticələnməsi təbii görünürdü.

Bundan sonra həm yorulan, həm də rahatlayan, həm də ehtiyat qüvvəsi az olduğundan başqa planı da olmayan “Qarabağ” bir qədər sakitləşdi. Vernidub isə əksinə, Rezabala müdaxiləsiylə qələbə niyyətini ortaya qoydu. Və bu da nəticəsini verdi.

Məntiqli, ədalətli nəticə idi. Mövsümün bitməsini gözləyən, həm fiziki, həm də psixoloji yorulan futbolçulardan ibarət “Qarabağ”ın bundan artığına sadəcə gücü çatmadı. “Neftçi” isə həm ağıllı, həm də əzmkar futbolunun əvəzini əldə edərək layiqli qələbə qazandı.

Və bu qələbədə əsas imza Yuri Vernidubundur. Bu adam öz komandasını, komanda da öz məşqçisini tapıb. 5 mövsümdən və 4 gün əvvəlki 1:5-lik ağır məğlubiyyətdən sonra “Neftçi”ni toparlamaq, bu cür nöqtəni qoymaq ancaq yüksək məşqçilik səviyyəsinə işarədir. Sadəcə, bravo!

Bu mövsümün son nəticəsindən asılı olmayaraq gələn il daha güclü, daha iddialı “Neftçi” görəcəyik. Buna şübhəm yoxdur. Daha güclü “Neftçi” isə daha güclü çempionat, daha böyük futbol deməkdir. Səbrsizliklə gözləyirik!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)