
Pul futbol oynamır...
... Yaxud “Qarabağ” futbol sistemi
... Yaxud “Qarabağ” futbol sistemi
“Qarabağ”ın rəqibləri bəlli oldu
Heç bir rəqibə qarşı vaxtından əvvəl rahatlaşmaq olmaz
Anar Məmmədxanovla bir söhbətin ardından
Bu dəfə qalib kimliyimizin nümayişi olacaq
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Arada ağlıma elə fikirlər gəlir ki, özüm-özümə “yekə adamsan, gör nələrə inanırsan” deyib keçirəm. Bu dəfə keçməyib birini sizə deyəcəm. Çünki futbolu belə məqamlara görə sevirəm.
Oyundan öncə himnin yarıda kəsilməyi yadınızdadır? İlk olaraq nə düşündünüz? Sizin də ağlınıza texniki səhv gəldi?
Təbii ki.
Amma mümkün deyil ki oyundan öncə dəfələrlə yoxlanılıb sınaqdan keçirilən səs sistemi məhz Çempionlar Liqasının himni çalınan zaman xarab olsun. Xarab olsun və məhz “lazım olan məqam”da yenidən işə düşsün. Mümkündür, amma mən inanmıram.
Bu söhbət tam başqa söhbətdir.
Təsadüfi heç nə olmur. Qoy, məni qarışqadan fil düzəltməkdə, həddindən artıq təxəyyülçü olmaqda günahlandırsınlar, amma fikrimi yazacam.
Məncə, bu, rəqibə verilən “Siz ÇL klubu deyilsiz, sizə ÇL-i göstərməyəcəyik” mesajı idi. Necə olur ki, kamera məhz macarları çəkən zaman səs kəsilir və yalnız hakimlərə çatıb “Qarabağ”a keçəndə yenidən qayıdır? Açın “Youtube”da dinləyin: o mahnı kəsik deyil. Yeni formatda həmişə uzun versiyada təqdim olunur. İntrosu ilə komandalar meydana çıxır, yerlərini tuturlar və 2 saniyəlik fasilədən sonra əsas hissə başlanır. Həmin məqamda səsin 8-10 saniyəlik “itməsi”ni ancaq “pauza” düyməsini basmaqla “təmin etmək” olar.
Çox məkrli fikirdir.
Təkzib edəcəklər deyə özlərindən soruşmadım. Amma həqiqətən belə olubsa, çox ağır gediş idi “Qarabağ” tərəfdən. Çox dəhşətli başın ideyasıdır bu. Məhz belə başlar böyük qələbələr üçün xarakter və prinsipiallığı formalaşdırır.
Bəlkə də bu macarlara oyundan öncə saytlarında klubumuzu erməni komandası kimi göstərmələrinə, bəlkə də ilk matçdan öncə də və məğlubiyyətdən sonra da iddialı, lovğa danışmalarına, bəlkə də Kin və yetirmələrinin qol vurarkən həddini aşan sevinmələrinə cavab addımı idi. Bəlkə də hansısa başqa psixoloji təzyiq forması idi. Bilmirəm. Hər şey ola bilər. Amma təsəvvür edirsiniz, fakt “Ferensvaroş”lular Bakıda ÇL himninin özlərinə aid hissəsini, özü də ən gözəl hissəsini dinləmədən getdilər. Adamlara nə musiqini eşitdirdik, nə də yekun qələbəni daddırdıq.
Nokautdur.