
Dağ adamın “əriməsi”
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Atalıq iftixarı, yoxsa futbolun illərlə daşınan yükü
Qarabağ Çempionlar Liqasının qrup mərhələsinə qatılmağı təmin etdi
Legioner hücumçusuz “Qarabağ” və ...
“Şkendiya”nın ilk qolu “Qarabağ”ı ayıltdı
“Qarabağ” minimumu təmin etdi
“Qarabağ”ın ən güclü silahı “Zirə”dir
“Qarabağ” ən azı Konfrans liqasının qrup mərhələsini təmin etdi
“Zirə” və “Araz” üçün çətin olacaq
... və Allah ümidinə qalan “Kəpəz”
Ağdamlıların durumu daha da pisləşib
Keçmişdəki uğurlara, ada, təcrübəyə güvənib nəyisə qazanmaq dövrü bitdi
Bu nə təkəbbürdür, həmişə udmalısan?
Premyer Liqada 2024-25-ci illər sezonu geridə qaldı
... Yaxud Azərbaycan futbolsuzluğuna Göztəpədən baxış
... Yaxud futbolumuzda “Şrek 1” cizgi filminin ssenarisi
Mövsümün çempion “Qarabağ”, komandası “Zirə”dir
Çox çətin oldu. Öldük-öldük, dirildik.
Çox çətin oldu, çox...
Nə vaxt asan olub ki?
Azərbaycan komandası – elə həmin “Qarabağ” ilk və elə sonuncu dəfə ÇL-in əsas (qrup) mərhələsinə vəsiqə qazananda adı – Qarabağ işğal altında idi. Torpaqlarımızda düşmən gəzirdi. İstər idman, istərsə də digər meydanlarda bəzi qələbələr qazansaq da, əsas qələbəmiz yox idi. Ümidimiz böyük idi, amma inamımız hər keçən gün, hər keçən il azalır, səngiyir, bizi ümidsizliyə kökləyirdi.
Məhz həmin məqamda o torpağın adını daşıyan qüvvənin böyük bir zəfərinə ehtiyac vardı. Məhz həmin məqamda dünyanın ən populyar idman növünün ən böyüklərinin toplaşdığı nəhəglər liqasında yer almaq dünyaya verilən “biz hələ təslim olmamışıq” mesajı idi. “Qarabağ” Çempionlar Liqasının qrupuna düşüb, ilk ev matçında da “Far away from home but where you belong”, yəni “Evdən uzaq, amma aid olduğun yerdə” bəyanını verdi. Hamı bildi ki biz kimik, hardayıq, harda olmaq istəyirik və olacağıq. Mütləq olacağıq!
Sonra məhz elə də oldu və 44 günlük zəfər yürüşü gəldi və missiya tamamlandı.
İndi yenə Çempionlar Liqasındayıq.
ÇEMPİONLAR LİQASINDA!
Yenə nəhənglərlə qarşılaşacaq, yenə kimliyimizi ortaya qoyacağıq.
Bu dəfə qalib kimliyimizi, Qarabağdakı qələbənin “Qarabağ”la meydanda inikasını dünyaya göstərəcəyik.
Bu dəfə evdən uzaqda yox, elə evdə, işğaldan azad yurdda, işğaldan tam azad Vətəndə!
Gözlərimiz qarşısında ən yeni tarix yazıldı və yazılmağa davam edəcək. Elimizdə bayram olacaq, şənlik olacaq, səsi hər yerə yayılacaq.
Hamımızı təbrik edirəm! Biz bu qələbələrə layiqik!
TƏŞƏKKÜRLƏR, “QARABAĞ”!
***
Sonda sizə idman tarixinin ən əzəmətli musiqisi – Çempionlar Liqası Himninin bizim dildə (orijinalı 3 - alman, fransız və ingilis dillərindədi) tərcüməmi təqdim edirəm. Sadə, amma güclü mətndir. Qarşıdakı aylarda Bakıda azı 4 dəfə bu musiqini eşidəcək, böyük futbol təntənəsinin bir parçası olacağıq.
Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Ən böyük mərasim üçün!
Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!
Böyük toplantı
Böyük idman mərasimi
Ən böyük mərasim!
Onlar ən yaxşılardır
Onlar ən yaxşılardır
Onlar çempionlardır!
Ustalar
Ən yaxşılar
Ən böyük komandalar
Çempionlar!
Ustalar
Ən yaxşılar
ÇEMPİONLAR!