
Yaratmaq özündən verməklə mümkündür
Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır
Asılılıq keyfiyyətdən çox kəmiyyətə bağlıdır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Günümüzün insanı sənət və fəlsəfə üçün yararsızdır
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
“Ən uzun yol insanın özünə gedən yoldur” – Cəlaləddin Rumi
... Yaxud bir daha danabaşlaşma haqqında
Zehni asılılıq və mədəniyyət transferinin təsiri
Filosof dindən, mənəviyyatdan danışa bilərmi, yaxud fəlsəfəni gettolaşdırmaq istəyənlər haqqında
Reallığa şübhə etmək, yoxsa sürü davranışı ilə hərəkət
Mədəniyyətimizin itkiləri
“Metafizika” – 2500 ildir təhlil olunan fəlsəfi cərəyan
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
Ölkənin mədəniyyət elitalarının ümumi vəziyyətinə baxanda çox zaman başını qaşımalı olursan
Məktəb fəlsəfəsi (4-cü dərs)
Filosofları və riyaziyyatçıları yuxudan edən 3 paradoks
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
Azərbaycanda bütün anlayışlar kimi mədəniyyət anlayışı da şikəst edilmiş şəkliylə başa düşülür. Mədəniyyət dedikdə insanların gözünün qabağında yalnız şair, rəqs ansamblı, teatr, simli və nəfəs musiqi aləti ifaçıları və s. estetik sahələrin (daha çox) ölüləri və diriləri canlanır.
Mədəniyyət bizim üçün varlığı həyatımızda yox, xatirəsi qəlbimizdə yaşayan şeydir.
Halbuki mədəniyyət bir xalqın bütün sahələrdə yaradıcılıq potensialını ifadə edən bir anlayışdır.
Yəni ölkə öz ehtiyacları üçün, məsələn, soyuducu, dərman, paltar, dərslik, top-tüfəng və s. kimi maddi vasitələr istehsal edə bilmirsə, mədəniyyətində problem var deməkdir. Daha doğrusu, mədəniyyət baxımdan yoxsuldur, ələ baxandır deməkdir.
Biz nəinki maddi ehtiyaclarımızı, mənəvi-estetik ehtiyaclarımızı da başqa mədəniyyətlərdən ixrac edirik. Ya ideya şəklində, ya da hazır məhsul olaraq.
Televiziyalarmız başqa ölkələrin proqramlarını kopyalayır. Filmlərimiz başdan-ayağa oğurluq kadrlardır, romanlarımız tərcümə olunmuş yad romanların təqliddir, hətta bloggerlərimiz, tiktokerlərimiz və s. də internetdə gördüklərinin kor-koranə üzünü köçürürlər.
Bu halımızla bizə mədəniyyət ölkəsi demək nə dərəcədə inandırıcı səslənə bilər? Məktəblilər bıçaqlaşırsa, büdcə oğurluğu nəsildən-nəsilə fərasəti ifadə edən dəyər kimi ötürülürsə, müğənnilər vorzakonluq edirsə, nə bilim, kimsə nöyüt çəlləyini zorlayırsa, bunun bir adı var – mədəniyyət qısırlığı.
Əlbəttə, mədəniyyətdə qarşılıqlı təsirlənmə labüddür. Bir mədəniyyət özünə lazım olanı yarada bilmədikdə onu başqa mədəniyyətdən ala, öyrənə bilər.
Amma bir mədəniyyət özünə lazım olan heç bir şeyi yarada bilmirsə, o, ümumiyyətlə, mədəniyyət deyildir. Dövlət milli şüurun inkişafının son həddidir. Milli şüuru inkişaf etdirən nədir? Milli düşüncənin yüksəlişi. Milli düşüncənin yüksəlişi necə baş verir? Mədəniyyət yenini yaratmağa cəhd etdikdə.
SSRİ-nin dağılmasını bir çox iqtisadi, siyasi səbəblərlə bağlaylrlar. Qırmızı imperiyanı yalnız bir səbəb dağıtdı: Bir yerdən sonra sovet mədəniyyətini dələ çarxına saldılar. Düşüncə eyni bir çarxın içində irəli qaçdığını zənn etdi. Amma onun irəli zənn edib qaçdığı yer olduğu yer idi.
Bu gün bizim mədəniyyətimiz də belə bir çarxın içindədir. Bizə elə gəlir ki, irəli addımlayırıq, halbuki bu illuziyanı bizdə yaradan ayağımızın altındakı çarxın geri fırlanmasıdır.