
Sərhədləri aşan güc
Türkiyə seriallarının dil öyrənməyə təsiri və Azərbaycanın bu prosesdə yeri
Türkiyə seriallarının dil öyrənməyə təsiri və Azərbaycanın bu prosesdə yeri
Cəmiyyəti tədricən rus dilindən uzaqlaşır
Tələb belə olmalıdır: Azərbaycan dilini bilmək məcburidir!
Səs-küylə heç nəyə nail olmaq mümkün deyil
Telekanallardan düşməyən əzəmətli filoloqların dilimizə xidməti nədədir?
Bakıda gəlirəm, Qazaxda gəleyrəm, qaradənizdə geleyrum və istanbulda gəliyorum ...
Bizim “obrazovannı”lar
... Və ideoloji işbazların dil “sevgi”si haqqında bəzi mülahizələr
Dilinin statusunun artırılması üçün mümkün hüquqi və idarəetmə addımları
Süni vasitələrlə edilən nə varsa, ekspansiyadır
Məqsəd nədir?
... Yaxud kolonial iyerarxiyaların varlığı
... Yaxud bir batalyon alimin yığışıb “nu poqodi, zayeç!” deməsi
İnsanlarımız təfəkkürlərində bizim ölkənin dünyadakı yerinə bir göz atsınlar
“Bütün “Şərq Tərəfdaşlığı” sammitlərində Azərbaycanın suverenliyi və müstəqilliyi birmənalı şəkildə tanınır”
“Azərbaycanla münasibətləri korlaya bilmərik”
Dil mövzusunu araşdıran bütün filosoflar deyir ki, düşüncənin ərazi böyüklüyünü kəlmələrin sayı müəyyən edir. Kəlmə sayı nə qədər çoxdursa, düşüncənin ərazisi də bir o qədər böyükdür.
Biz dilimizi təmizləmək adıyla ərəb, fars kəlmələrini çıxarıb atdıq, yerinə də bir şey qoymadıq, bununla da düşüncəmizin ərazisini kiçiltdik. Özümüzdən dili təmiz, amma düşüncəsi dar bir millət düzəltdik.
Düşüncəsi dar olanın istəkləri də az olur. Kəlmə sayı az olan beyin sahibinin istədiyi azadlıq da şəxsi məqsədlərdən o tərəfə keçmir.
Məsələn, tez-tez soruşurlar ki, niyə cəmiyyətimiz bu gündədir? Cavabda hərə bir “günah keçisi” göstərir. Halbuki yeganə günahkar kəlmə sayı qəsdən azaldılmış “təmiz” dilimizdir.
Azərbaycan qadını azad olan kimi açılıb tökülür. Yaxud Azərbaycan kişisi azad olan kimi ya meşşana, ya xuliqana çevrilir?
Niyə? Çünki dili kasaddır, bu kasadlıq onun düşüncəsini kasıblaşdırır, düşüncəsinin kasıblığı isə onun davranışlarına yansıyır.
Ətrafımızda baş verən bu çılpaq zənginləşmə yarışının altında yatan səbəb iqtisadi bum deyil, düşüncə kasıblığıdır. Bu kasıblığın banisi ərazisinin böyük bir hissəsi səhralaşmış dilimizdir.
Azərbaycanlı dediyimiz şəxs kəlmə sayı azaldılmış dili sayəsində dünya düşüncəsinin çox kiçik bir ərazisində yaşayır.
Biz dilimizi yenidən zənginləşdirmədikcə hərb sahəsindən başqa heç bir sahədə inkişafa nail ola bilməyəcəyik. Dilimizə daxil alan yad kəlmələrdən qorxmamalıyıq.
Dilimizə daxil olan ingilis, fransız, yapon sözü bizi ingilis, fransız, yapon etməyəcək, qorxmayın. Əksinə, bu kəlmələr milli düşüncəmizin ərazisini genişləndirəcək. Necə ki, IX-XIII əsrlərdə türk dilləri üzərində formalaşan rus dili rusları türk etmədi. Yaxud zor-xoş islamı qəbul edən xalqların dilinə təsir edən ərəb dili heç bir xalqı ərəbləşdirmədi.
Tam əksinə, biz dilimizi “təmiz” saxladıqca onunla birlikdə yox olacağıq. Çünki bu kəlmə sayı ilə bəşəri düşüncənin inkişafıyla ayaqlaşa bilməyəcəyik. İdeyalarımız daha da lokallaşacaq, çünki böyük ideyalar yaratmaq üçün lazım olan sözlərə sahib ola bilməyəcəyik.
Ümumiyyətlə, bu “təmiz dil” söhbətini biryolluq yığışdırmalıyıq, dünyada təmiz dillər yalnız Afrikada və Amazonda yaşayan qəbilələrin dilləridir.
Milli kimliyi yox edən səbəb alınma sözlər deyil, yad kəlmələri yaxına buraxmayıb milli düşüncəni bəşəri düşüncədən ayıraraq çəpər içində saxlayan “təmiz dildir”.