vaxtlı-vaxtında oxuyun! Şənbə, 19 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
TÜRK DÜNYASI  
İçimizdəki gücü oyadaq 08:24 | 18 aprel 2025 | Cümə Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İçimizdəki gücü oyadaq

Sözlük – unudulmuş sözlərin dirilişi

Eltən TÖRƏÇİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu, çağdaş bir sözlükdür. Yaşayan. Düşünən. Duyan . Kökə bağlı. Çağlayan.

“Çölçü Çağdaş Sözlük” – min illər öncə danışılmış, amma bu gün bizə susqun baxan türkcə köklü sözləri geri çağırmaqdır.

Sözləri daşdan, sazdan, torpaqdan oyaraq, onlara yenidən nəfəs vermək, yeni yaşam, can vermək, onu məktəbə, telefona, poeziyaya, brendlərə, mahnılara qaytarmaqdır.

Bu sözlüyü diriltmək üçün nələr edəcəyik?

– Unudulmuş türkcə köklü sözləri toplayırıq;

– Onlarının kökünü , yaranışını incələyib, araşdırıb, yazıda  içində necə yaşadığını, canlandığını yazırıq;

– Onları gənclərin, sənətkarların, dəyər yaradıcılarının  gündəlik dilinə qaytarırıq;

– Bu sözləri çağdaş deyimlərə , görüntülərə , uyğulamalara və gücə  çeviririk.

Bu sözlük muzeylər üçün deyil, gələcək üçün yazılır.

Hər kəsə səslənirik! Toplaşın – könüllülər axtarırıq.

Yazıçı, araşdırmaçı, düzənləyici, dil aşiqi, törəli insan...

Əgər sən də “söz” deyəndə təkcə səsləri yox, bir xalqın ruhunu duyursansa — gəl.

Bu qutsal bir işdir.

Bu yenidən söz sahibi olmaqdır.

Bu Çölçü çağırışıdır.

Çağdaş sözlük yaradıcılarından biri də sən də ol. Bizimlə çalış , dilimizi  duruldaq, içimizdəki gücü oyat, bizimlə birləş.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)