
“Jurnalistika yüksək məsuliyyət tələb edən peşədir”
Hikmət Hacıyev: “Azərbaycan mediası ölkəmizin “yumşaq güc” vasitələrindən biridir”
Hikmət Hacıyev: “Azərbaycan mediası ölkəmizin “yumşaq güc” vasitələrindən biridir”
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Hikmət Hacıyev: “Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır”
Bəy kimi Bəyzadə, Müəllim kimi Öyrədən – Səməd Məlikzadə
İctimai şüur naftalin qoxulu kabinetlərdə yox, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır
Əsli ilə heç bir fərqi olmayan yüzlərlə sayt bağlanıb
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Baxıram, ölkədə media sahəsində çalışanların sayı az deyil. Maraqlı olan budur ki, bu sahədə maraq da var, cəhd də, imkan da… Amma bir vacib şey çatışır:
Birləşmək. Ortaq dəyər yaratmaq. Yaradıcı və qurucu bir media gücü formalaşdırmaq.
Bəlkə də fərqində deyilik, amma son illərdə dəyərlərin deyil, formatların dalğasında sürüklənirik.
Bir vaxtlar hamı müğənni olmaq istəyirdi. Sonra kitab yazmaq mod oldu. Bir ara rejissorluq – klip çəkmək – hər kəsin maraq dairəsində idi.
İndi isə – hamı podcast çəkir.
Sanki mikrofon almaqla, kamera qarşısına keçməklə “media adamı” olmaq mümkündür.
Qəzetçilər, aktyorlar, radioçular, bloqçular, psixoloqlar – bir anda əsas ixtisasını unudub “podcastçı”ya çevrilir.
Niyə?
Çünki bu sahədə sistem yoxdur.
Yaradıcılığı yönəldən platforma yoxdur.
Peşəkarlıq tələbi yoxdur.
Uzunmüddətli, dərin düşünülmüş bir strateji baxış yoxdur.
Əvəzində nə var?
Qısa müddətli görünürlük istəyi – Fişəng fenomenlər
Bir-birini təkrarlayan – diqqət dilənçiləri
Sosial media alqoritmlərinin diktə etdiyi – informasiya zibilliyi
Və bu bolluğun içində dəyər yoxa çıxır.
Heç kim öz sahəsində ustalaşmaq istəmir.
Heç kim dərinə varmır.
Sözün məsuliyyətini heç kim daşımır.
Diqqət dağılır
Paylaşımlar dayazlaşır
Auditoriya çaşır – kimi izləyəcəyini seçə bilmir
Milli media üzümüz – gözdən düşür, yoxa çıxır
Məni ən çox narahat edən odur ki, bu proses səssiz gedir. Heç kim təhlükə siqnalı çalmır.
Əvəzində dövlət media strukturları yaradır, layihələr sifariş edir, kanallar maliyyələşdirilir…
Amma pul ilə yaradıcı ruh stimullaşmır.
Əksinə, yaradıcı insan sistemləşməyə məcbur olanda ruhunu itirir.
Media sadəcə informasiya ötürmək deyil.
Media – xalqın aynasıdır.
Xalqın ruhudur.
Hisslərinin, zövqünün, dəyərlərinin gündəlik dilidir.
Biz bu gün həmin dili – öz dəyərlərimizi – itiririk.
Əlavə olaraq bir məsələni də unuduruq:
Qərbin sosial media platformalarına bağlanmışıq.
Ancaq düşünürükmü ki, nə qədər Azərbaycan “YouTube” kanalları, səhifələri bağlanıb?
Bəs sabah biz bu gün öz media qurumlarımızı izləməsək, öz dəyər tribunamıza sahib çıxmasaq, onlar da yoxa çıxsa, onda biz informasiyanı haradan alacağıq?
Bu, media azadlığı deyil – bu, media asılılığıdır.
İndi sual budur:
Biz bu gedişata nəzarət etməyə çalışacağıqmı?
Yoxsa hələ də kim mikrofonu tez tutdu, kim trend oldu — ona “media adamı” damğası vurub öz ruhumuzu başqa səslərin içində itib gedən hala salacağıq?
Media yaratmaqla məşğuluq, bəli.
Amma dəyər yarada bilmirik.
Bu isə təkcə bu günümüzə yox, sabahımıza da təhlükədir.
Çünki sabah başqalarının doldurduğu ekranlar bizi yönləndirəcək.
Və sabah biz heç nə edə bilməyəcəyik.