
Heykəllərə yansıyan beynəlmiləlçiliyimiz...
UNESCO isə haqlı olaraq susur...
UNESCO isə haqlı olaraq susur...
Qusmanı da “əcinnə” kimi ovlayan Gebbelsin varisləri bir gün qan qusacaqlar
Hikmət Hacıyev: “Azərbaycan mediası ölkəmizin “yumşaq güc” vasitələrindən biridir”
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
Şuşa Qlobal Media Forumunun iştirakçıları Qarabağı gəzir
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Hikmət Hacıyev: “Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır”
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
3-cü Şuşa Qlobal Media Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Media Şöbəsi forumda iştirak edən mətbuat və media qurumlarının nümayəndələri ilə görüş keçirib.
Görüş zamanı Təşkilatın missiyası, strukturu və əsas fəaliyyət istiqamətləri barədə ətraflı təqdimat nümayiş olunub. Təqdimatdan sonra təşkil edilən interaktiv sual-cavab sessiyası qarşılıqlı fikir mübadiləsi və media sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi baxımından mühüm platforma rolunu oynayıb.
Tədbirdə media dayanıqlılığının möhkəmləndirilməsi, dezinformasiya ilə birgə mübarizə mexanizmləri, süni intellektin informasiya axınına təsiri və jurnalist peşəkarlığının təşviqi istiqamətində təcrübə mübadiləsi aparılıb. Eyni zamanda kommunikasiya sahəsinə məsul olan struktur bölmələrin fəaliyyətinin gücləndirilməsi, türkdilli dövlətlərin media subyektləri arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, həmçinin prioritet hədəflərin və birgə təşəbbüslərin müəyyənləşdirilməsi ilə bağlı məsələlərə toxunulub, media savadlılığının yüksəldilməsi üçün ortaq layihələrin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.
Qeyd edilib ki, sözügedən görüş Türk dövlətlərinin media məkanında ortaq dəyərlərin qorunması, rəqəmsal platformalarda milli kontentin gücləndirilməsi və etibarlı informasiya mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.