
Heykəllərə yansıyan beynəlmiləlçiliyimiz...
UNESCO isə haqlı olaraq susur...
UNESCO isə haqlı olaraq susur...
Qusmanı da “əcinnə” kimi ovlayan Gebbelsin varisləri bir gün qan qusacaqlar
Hikmət Hacıyev: “Azərbaycan mediası ölkəmizin “yumşaq güc” vasitələrindən biridir”
MEDİA və “Azərpoçt” MMC tərəfindən hazırlanan poçt markası dövriyyəyə buraxılıb
“Süni İntellekt Dövründə Jurnalistika: Avtomatlaşdırma Şəraitində Həqiqətin Qorunması” mövzusunda müzakirə
3-cü Şuşa Qlobal Media Forumunda növbəti panel
Forumun iştirakçıları Laçın şəhərinin görməli yerlərini gəziblər
TDT-nin Media Şöbəsi mətbuat və media qurumlarının nümayəndələri bir araya gəlib
Laçında mövzusunda dəyirmi masa keçirilib
3-cü Şuşa Qlobal Media Forumunda ilk panel sessiyası
Hikmət Hacıyev: “Şuşa Qlobal Media Forumunda müxtəlif ideyalar və yenilikçi baxışlar formalaşır”
“Azərbaycan mətbuatının 150 ili: Tarixdən günümüzə” adlı sərgi
... Yaxud televiziyanın namusu və asan pulun cazibəsi
... Yaxud psixi xəstə, “Artsax” sevdalısı sarsax
Medianın İnkişafı Agentliyinin açıqlaması
Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşüb
3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları Ağdam rayonuna və Xocalı şəhərinə səfər ediblər. Əvvəlcə Ağdam İmarət Kompleksini ziyarət edən qonaqlara burada yerləşən tikililər, türbələr, tarixi qəbiristanlıq, Qarabağ atlarının təqdimatı üçün atçılıq kompleksi və ziyarətçi mərkəzi barədə məlumat verilib. Bildirilib ki, interaktiv muzey kompleksində Cavanşirlər sülaləsinə dair məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.
Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi ilə tanışlıq zamanı forum iştirakçıları bu infrastruktur obyektində yaradılan bütün zəruri otaqlar, həmçinin gözləmə zalları, bilet kassaları, kitabxana, mağazalar, əyləncə zonaları, restoran və istirahət guşələrinə baxış keçiriblər. Qeyd edilib ki, Azərbaycanda ilk qapalı dəmir yolu platforması məhz Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində inşa olunub, uzunluğu isə 350 metrdir.
İştirakçılar Ağdam rayonunun Xıdırlı kəndinə səfər edərək burada aparılan bərpa-quruculuq işləri ilə tanış olublar. Qonaqlar kənddə inşa edilən zəruri müasir sosial infrastruktur barədə məlumatlandırılıb. Diqqətə çatdırılıb ki, kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılır, mədəniyyət və əyləncə mərkəzləri, müxtəlif təyinatlı müəssisələr, iqtisadi inkişaf obyektləri, təhsil, idarəetmə və kənd təsərrüfatı sahələri üzrə sakinlərin işlə təmin olunması nəzərdə tutulur.
Sonda forum iştirakçıları Xocalı şəhərinin mərkəzində olublar. Burada onlar şəhərin ümumi görünüşü, aparılan bərpa-quruculuq işləri ilə tanış olublar.