vaxtlı-vaxtında oxuyun! Bazar, 23 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
OLAY  
25 nəfər laxmacundan zəhərləndi 11:29 | 23 noyabr 2025 | Bazar Məqaləyə 23 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

25 nəfər laxmacundan zəhərləndi

Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi

LEYLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyədə zəhərlənmə sindromu ara vermir. Ötən həftə iki toyda 200-ə yaxın insanın xəstəxanaya aparılması, başqa hadisədə bir ailənin 4 üzvünün hoteldə həlak olması bunlara misal ola bilər. Başqa bir kütləvi zəhərlənmə İstanbuldakı restoranlardan birində baş verib.

İstanbulun Şişli rayonunda eyni restorandan lahmacun sifariş edən 25 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara aparılıb.

Şikayətlərdən sonra Əsəntəpə məhəlləsi, Böyükdərə prospektində yerləşən restorana polis, səhiyyə və başqa araşdırma əməkdaşları qrupları göndərilib. Rəsmilər restoranda satılan məhsullardan nümunələr götürüb, yoxlamalar aparıb. Bundan başqa sənədsiz fəaliyyət göstərdiyi müəyyənləşən restoran bağlanılıb. Məlumata görə, həmin restoran barədə daha əvvəl də 3 dəfə bağladılıbma qərarı çıxıb. Sonuncusu noyabrın 5-də olub.

Hadisə ilə bağlı açıqlama verən səhiyyə rəsmisi Abdullah Əmrə Günər zəhərlənənlərin vəziyyətinin yaxşı olduğunu bildirib.