
Fransada sirli epidemiya
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
1 uşaq dünyasını dəyişib, 17 uşaq müalicə olunur
Alimlərdən xəbərdarlıq edir: «Zəhərlənmə, hətta komaya düşmə təhlükəsi yaranır»
Bağırsaq infeksiyasından 360 nəfər xəstəxanaya yerləşdirilib
Özünüzü keyfiyyətsiz qarpızdan qoruyun
Lökbatanda qaza qatılan maddənin 8 nəfəri öldürdüyü deyilir
Lökbatanda qaza qatılan maddənin 8 nəfəri öldürdüyü deyilir
Lökbatanda qaza qatılan maddənin 8 nəfəri öldürdüyü deyilir
Fransanın Aisne bölgəsində E.Coli qida zəhərlənməsi halları artmaqda davam edir. İndiyədək Sen-Kventin bölgəsində əksəriyyəti uşaqlar olmaqla 28 nəfər zərər çəkib. 11 yaşlı uşaq həyatını itirib. Şübhəli ət məhsulları satan bəzi qəssablarda bakteriya aşkar edilib və ictimaiyyətə xəbərdarlıq edilib – simptomlar 10 gün ərzində görünə bilər/
Sen-Kventin və ətraflarında iki yeni uşaq zəhərlənməsi qeydə alınıb. Beləliklə, iyunun 12-dən bu yana zəhərlənənlərin sayı 28-ə çatıb. Səlahiyyətlilər bu uşaqların böyrək çatışmazlığı ilə nəticələnə bilən “Hemolitik Uremik Sindromu”na (HUS) yoluxmadığını və ev şəraitində müalicə aldıqlarını açıqlayıb.
İndiyədək 27-si uşaq, 1-i qoca olmaqla ümumilikdə 28 nəfər virusa yoluxub. Elis adlı 11 yaşlı uşağı xilas etmək mümkün olmayıb. Hazırda xəstəxanada 7 nəfərin müalicəsi davam etdirilir, 19 nəfər evə buraxılıb. Bütün xəstələr ciddi nəzarətdədir.
Rayondakı bəzi qəssablarda aparılan analizlərdə E.Coli bakteriyası aşkar edilib. Səlahiyyətlilər hesab edir ki, xəstəliyin mənbəyi bu qəssablarda satılan ət məhsullarıdır. Məlum olub ki, bu ətlər Sen-Kventində futbol turnirində, Qauşidə keçirilən mini basketbol festivalında və Etav-e-Bokyodakı məktəb bazarında yeyilib. Bu hadisələrdən indiyədək heç bir ciddi hal qeydə alınmayıb, lakin iştirakçılar simptomlara qarşı diqqətli olmağa çağırılıb.
Səlahiyyətlilər xatırladıblar ki, E.Coli bakteriyasının həzm sistemi simptomları adətən çirklənmiş qidaları qəbul etdikdən sonra 10 gün ərzində görünür. Qarın ağrısı, ishal və qızdırma kimi əlamətlərlə qarşılaşanların təcili olaraq xəstəxanaya müraciət etmələri xahiş olunub.
Paris Prokurorluğunun İctimai Sağlamlıq Bölməsi təhqiqatı öz üzərinə götürüb və hadisəyə görə məsuliyyət daşıyanların müəyyən edilməsi üçün genişmiqyaslı araşdırmaya başlayıb. Şübhəli qəssabların fəaliyyəti dayandırılarkən, yeni halların qarşısının alınması üçün yoxlamalar artırılıb.