vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 aprel 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
33 il əvvəl törədilmiş cinayət 10:50 | 20 aprel 2026 | Bazar ertəsi Məqaləyə 87 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

33 il əvvəl törədilmiş cinayət

İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu

CAVİD, VAXT.AZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Perm vilayətində 1993-cü ildə törədilmiş iki qətldə şübhəli bilinən şəxs saxlanılıb.

VAXT.AZ “İzvestiya”ya istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbənin məlumatına görə, azərbaycanlı sahibkar iki həmyerlisi olan iki iş adamını pul məqsədilə öldürüb və bu cinayətə öz qohumlarını da cəlb edib.

 

Tayqada törədilən qətl

 

Rusiya İstintaq Komitəsinin Perm vilayəti üzrə əməkdaşları ölkənin cənubunda 56 yaşlı, Azərbaycan əsilli Elmar D. adlı şəxsi saxlayıblar. Bir neçə il əvvəl Rusiya vətəndaşlığı almış bu şəxs iki keçmiş həmyerlisinin qətlində şübhəli bilinir.

İstintaqın versiyasına görə, 1993-cü ildə üç nəfər Zaqafqaziyadan Perm vilayətinə yüksək keyfiyyətli ağac materialları və tikinti məhsulları almaq məqsədilə gəliblər. Şirkət üçün alış həyata keçirən tərəfdaşların üzərində 20 milyon rubl nağd pul olub. Bu məbləğ 1993-cü ilin məzənnəsi ilə 20 min dollara bərabərdir.

İstintaqın məlumatına görə, Elmar D. bu vəsaiti mənimsəmək məqsədilə tərəfdaşlarını öldürmək qərarına gəlib. Planını həyata keçirmək üçün o, Rusiyada yaşayan qohumlarından yardım alıb. İki qətldəki dəqiq detallar istintaqın sirri olduğu üçün açıqlanmayıb. Məlum olan yeganə fakt odur ki, qurbanlar bıçaqla öldürülüb.

 

Azərbaycanda itən izlər

 

Cinayətin törədildiyi vaxt hadisəni “isti izlərlə” açmaq mümkün olmayıb. Buna baxmayaraq, istintaq uzun illər ərzində işi bağlamayıb və şübhəlinin şəxsiyyətini müəyyən edərək onu axtarışa verib. Lakin onun izləri Azərbaycan ərazisində itib.

Ehtimal edilir ki, cinayət yolu ilə əldə edilən vəsait şübhəli tərəfindən biznesə yatırılıb və o, müəyyən müddət ölkəsində sahibkar kimi fəaliyyət göstərib. Sonradan hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmədən yenidən Rusiyaya köçməyi bacarıb. İstintaqın yoxladığı versiyalardan birinə görə, Elmar D., Rusiyaya daxil olarkən saxta sənədlərdən istifadə edib.

Bir neçə ildən sonra şübhəli Rusiya vətəndaşlığı alaraq ölkənin cənub regionlarından birində məskunlaşıb və biznes fəaliyyəti ilə məşğul olub. Məlumata görə, şübhəlinin oğlu da Rusiyada sahibkarlıqla məşğuldur.

Hazırda istintaq orqanları məlumatları yoxlayır və şübhəlinin cinayətdə iştirakını dəqiqləşdirilir. Onun məsuliyyətə cəlb olunması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinin müzakirə olunduğu bildirilir.

Qətl hadisələrinin 20–30 il sonra açılması zamanı əsas suallardan biri cinayət üzrə müddət məsələsi ilə bağlı olur. Rusiyalı hüquqşünas Yekaterina Krasnovanın sözlərinə görə, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi üzrə (iki və daha çox şəxsin qrup halında qətlə yetirilməsi) cinayət təqibinə müddət məhdudiyyəti tətbiq edilmir.

Onun sözlərinə görə, bu kateqoriyaya daxil olan cinayətlər xüsusilə ağır sayılır və belə hallarda qanun ya müddətləri xeyli artırır, ya da məhkəmənin qərarı ilə müddətin ümumiyyətlə tətbiq olunmamasına imkan verir.


Hansı cəza gözlənilir?

 

Praktikada müddətin keçməsi yalnız maksimum cəzanın – məsələn, ömürlük azadlıqdan məhrumetmə cəzasının – tətbiqini məhdudlaşdıra bilər, lakin məsuliyyətə cəlb olunma imkanını aradan qaldırmır. Rusiyada 1990-cı illərdə törədilmiş banditizm, sifarişli qətllər və mütəşəkkil cinayətkar qrupların fəaliyyəti ilə bağlı işlər üzrə şəxslərin 20–30 il sonra məsuliyyətə cəlb edilməsi halları dəfələrlə qeydə alınıb.

Krasnova əlavə edib ki, rusiyalı qanunvericilərin yanaşmasına görə, qətl cinayətinin ictimai təhlükəliliyi zaman keçdikcə azalmır və dövlət hadisənin üzərindən nə qədər vaxt keçməsindən asılı olmayaraq günahkarı müəyyən etmək hüququnu saxlayır.

O, həmçinin xatırladıb ki, terror aktları, hərbi cinayətlər, girov götürmə, eləcə də insanlıq əleyhinə cinayətlər — diversiya, soyqırımı, ekosid və müharibədə qadağan olunmuş vasitələrdən istifadə kimi hallarda müddət məhdudiyyəti ümumiyyətlə tətbiq edilmir.