Hazırlıqlar tamamlanıb
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
21:20 | 27 mart 2026 | Cümə
Məqaləyə 196 dəfə baxılıb
Şriftin ölçüsü
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
Paşinyan Karapetyanı məhkəməyə verir
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
İrəvanda birinci instansiya məhkəməsi Azərbaycan lehinə casusluqda ittiham olunan Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Aşxen Aleksanyan barədə bəraət qərarı verib.
Vaxy.az xəbər verir ki, diplomatın vəkili Abqar Poqosyan sosial şəbəkə hesabında məlumatı təsdiqləyib. Ermənistan Baş Prokurorluğunun nümayəndələri isə məhkəmə qərarının yekun olmadığını və yuxarı instansiya məhkəməsinə şikayət veriləcəyini bildiriblər.
Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin hərəkətlərinə hüquqi qiymət verilib və onun fəaliyyətində dövlətə xəyanət maddəsi üzrə cinayət tərkibinin olmadığı müəyyən edilib. Hakimlərin mövqeyinə görə, ittiham edilən hərəkətlər dövlətə xəyanət kimi deyil, daha çox vəzifə səlahiyyətlərinin aşılması maddəsi ilə qiymətləndirilə bilər.
Məlumata görə, dövlətə xəyanət və casusluq ittihamı üzrə cinayət işi 2025-ci il iyunun 20-də başlanıb. Aşxen Aleksanyan həmin ay hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin onun saxlanılması barədə məlumat ictimaiyyətə yalnız iki ay sonra açıqlanıb.
Bundan əvvəl Ermənistan mediasında diplomatın İrəvandakı Zvartnots hava limanında saxlanıldığı barədə məlumat yayılmışdı. Məlumatlara görə, o, Azərbaycan vətəndaşına məxfi məlumatların ötürülməsində şübhəli bilinirdi.
Bəzi media mənbələrinin iddiasına görə, saxlanılan şəxs ilə həmin Azərbaycan vətəndaşı arasında şəxsi münasibətlərin olduğu da bildirilmişdi. Lakin bu iddiaların detalları rəsmi şəkildə açıqlanmayıb.