vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
İZDİHAM  
“Samsung”da böyük etiraz 09:59 | 20 may 2026 | Çərşənbə Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Samsung”da böyük etiraz

Dünya nəhənginin 47 min əməkdaş tətilə hazırlaşır

XALİDƏ, VAXT.AZ

“Samsung Electronics” şirkətində əməkhaqqı danışıqlarının nəticəsiz qalmasından sonra 47 mindən çox əməkdaş genişmiqyaslı tətilə hazırlaşır.

VAXT.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, xəbərin yayılmasından sonra şirkətin səhmləri təxminən 3 faiz ucuzlaşıb.

“Samsung Electronics” ilə həmkarlar ittifaqı arasında aparılan maaş danışıqlarında razılıq əldə olunmaması nəticəsində minlərlə işçinin iştirakı ilə tətil prosesinə start verilib.

Tətilin sabah (mayın 21-də) başlayacağı bildirilir.

Həmkarlar ittifaqı bəyan edib ki, Güney Koreya Milli Əmək Münasibətləri Komissiyası tərəfindən təqdim edilən vasitəçilik təklifini qəbul edib. Lakin “Samsung Electronics” bu təklifi rədd edib.

Həmkarlar ittifaqının sözçüsü Çoi Sın Ho bildirib ki, şirkət danışıqlar üçün əlavə vaxt istəyib, lakin sonradan bu məsələ ilə bağlı konkret qərar açıqlamayıb.