Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
08:21 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 164 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Ramzan Kadırovun oğlu 20-ci dəfə təltif olundu
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Rusiyanın Çeçenistan Respublikasının paytaxtı Qroznıda çoxmənzilli yaşayış binasında güclü yanğın baş verib. Nəticədə 300 sakin təxliyə olunub.
VAXT.AZ “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, Çeçenistan üzrə Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə mayın 12-nə keçən gecə şəhərin Sadayev küçəsində yerləşən doqquzmərtəbəli binada baş verib. Alov qısa müddətdə binanın yuxarı mərtəbələrini və dam örtüyünü bürüyərək ümumilikdə 2 850 kvadratmetr sahəni əhatə edib.
Yanğının söndürülməsinə onlarla yanğınsöndürən və xüsusi texnika cəlb olunub. Səhər saatlarınadək alov tam nəzarətə götürülərək söndürülüb.
Qroznı meri Xas-Məhəmməd Kadırovun sözlərinə görə, bir neçə sakin karbonmonoksid zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onların həyatına təhlükə olmadığını bildiriblər.
Rəsmi qurumlar hadisə nəticəsində ölən olmadığını açıqlayıblar.
Çeçenistan rəhbəri Ramzan Kadırovun göstərişi ilə zərər çəkmiş ailələrin müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcəyi bildirilib. Eyni zamanda, binada təmir-bərpa işlərinə başlanacağı və sakinlərin zəruri mebel və məişət avadanlığı ilə təmin olunacağı qeyd edilib.
Çeçenistan Fövqəladə Hallar Nazirliyinin ilkin qiymətləndirməsinə görə, yanğına elektrik təsərrüfatında baş vermiş nasazlıq və ya elektrik avadanlıqları ilə ehtiyatsız davranış səbəb ola bilər.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.