vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
12:53 | 26 may 2026 | Çərşənbə axşamı Məqaləyə 13 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ayı hotelə girdi – VİDEO

Polis köməyə gəlməkdən imtina etdi

MURAD, VAXT.AZ

Rumıniyada hotellərdən birinə ayının girməsi turistlər və personal arasında panikaya səbəb olub. Hadisə ölkənin məşhur dağ kurortlarından biri olan Poiana Brașov bölgəsində baş verib.

VAXT.AZ Rumıniya mediasına istinadən xəbər verir ki, vəhşi ayı hotelin qapısını açaraq binaya daxil olub. Heyvan sonra otaqları və xidməti zonaları gəzərək yemək axtarmağa başlayıb. Bu vəziyyət hotel əməkdaşları və turistlər arasında ciddi narahatlıq yaradıb.

Hoteldə çalışan şəxslərdən biri bildirib ki, hadisə ilə bağlı 112 xidmətinə zəng etsələr də, polis hadisə yerinə gəlməkdən imtina edib.

“Əməkdaşımız 112-yə zəng etdi, ona dedilər ki, hoteldə ayının olması fövqəladə hal sayılmır və bir daha zəng etməyək”, – deyə hotel işçisi bildirib.

Məlumata görə, qida tapa bilmədikyən ayı bir müddət sonra özü meşəyə qayıdıb.

Rumıniya mediası yazır ki, bölgədə vəhşi ayıların yaşayış məntəqələrinə tez-tez daxil olması artıq Poiana-Braşov kurortunun imicinə zərər vurmağa başlayıb. Sözügedən məkan Rumıniyanın ən populyar dağ turizmi istiqamətlərindən biri hesab olunur.