“İlin Vəhşi Həyat Fotoqrafçısı” namizədləri açıqlanıb
Yarışmaya gələn ən yaxşı 100 kadr Təbiət Tarixi Muzeyində sərgilənəcək
09:30 | 27 may 2026 | Çərşənbə
Məqaləyə 17 dəfə baxılıb
Şriftin ölçüsü
Yarışmaya gələn ən yaxşı 100 kadr Təbiət Tarixi Muzeyində sərgilənəcək
Dünyanın ən aktiv sualtı vulkanı şar kimi şişib
“Kosmosdan görünən yeganə canlı” yox olmaq üzrədir
Daha iki yeni fəsil ortaya çıxdı
Okeanının dərinliklərində qalan nüvə tullantılarının çəlləklərindən radiasiya sızır
Antarktidada buzlar rekord sürətlə əriyir
Qatil balinalar yeməklərini insanlarla bölüşürlər
İnsan fəaliyyətləri vəziyyəti getdikcə pisləşdirir
Atlantikdə 1000-dən çox çəllək tapılıb
Tədqiqat qrupu Antarktika dəniz sulu çaylar aşkarlayıb
Alimlər təcili tədbirlər görməyə çağırırlar
Doqquz limitdən altısı aşılıb, qlobal suların 60 faizi turşlaşıb
Fəlakətlərin sayında ciddi artım var
Dəniz ekosistemi təhlükə altındadır
Qlobal istiləşmə ilə bağlı şad xəbər, Antarktika buzlaqları ...
İsveçlilər maralı köçünü 478 saat canlı yayımla izləyiblər
ABŞ-ın şimal-qərb sahillərində bu il onlarla boz balinanın sahilə çıxaraq ölməsi alimlər və ekoloqlar arasında ciddi narahatlıq yaradıb.
VAXT.AZ “Associated Press “ə istinadən xəbər verir ki, bu il təkcə Vaşinqton ştatı sahillərində və Puget boğazında 22 boz balinanın cəsədi aşkarlanıb. Bu göstərici son illərin ən yüksək rəqəmlərindən biri hesab olunur.
Yerli “KING 5” telekanalının məlumatına görə, ötən həftə Bremerton yaxınlığında daha bir erkək boz balinanın cəsədi tapılıb. Mütəxəssislər heyvanda həm ağır qidalanma çatışmazlığı, həm də zərbə izləri aşkar ediblər.
“Cascadia Research Collective”nin qurucusu, dəniz bioloqu Con Kalambokidis bildirib ki, sahilə çıxmış ölü boz balinaların sayı artıq rekord səviyyəyə çatır.
Araşdırmalara görə, əsas səbəblərdən biri iqlim dəyişiklikləri nəticəsində Arktikada balinaların qida bazasının zəifləməsidir. Alimlər qeyd edir ki, okean sularının istiləşməsi və turşuluğun artması boz balinaların qidalandığı kiçik dəniz orqanizmlərinin sayını azaldır.
Ekspertlər əlavə edirlər ki, balinalar təkcə aclıq deyil, həm də insan fəaliyyəti ilə bağlı təhlükələrlə üzləşir. Bunlara gəmi toqquşmaları, balıq torlarına ilişmə və yüksək dəniz səs-küyü daxildir.
Məlumata görə, bu il Vaşinqton sahillərində tapılan ən azı dörd balinada gəmi zərbəsinə bənzər zədələr aşkarlanıb. Bir balinanın bədənində isə yaxın zamanda tora ilişdiyini göstərən izlər qeydə alınıb.
Mütəxəssislər hesab edir ki, boz balinaların kütləvi ölümü qlobal iqlim dəyişikliklərinin dəniz ekosisteminə təsirinin ən ciddi siqnallarından biridir.