vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Dünyanın ritmi pozuldu 17:09 | 29 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyanın ritmi pozuldu

Daha iki yeni fəsil ortaya çıxdı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Hava və dəniz çirkliliyi, təbiətin ritmini alt-üst edir. Alimlərə görə, artıq iki yeni fəsil formalaşıb. Bu, insan fəaliyyəti nəticəsində yaranan fəsillər ekosistemləri dəyişdirir və bəzi ənənəvi fəsilləri isə tamamilə yox edir.

Mütəxəssislər bildirirlər ki, artıq “duman fəsli” və “zibil fəsli” Yer kürəsinin illik iqlim dövrlərinin bir parçasına çevrilib. Bu yeni fəsillər ekosistemləri alt-üst edir və təqvimi yenidən formalaşdırır.

Tamamilə insan fəaliyyəti ilə yaranan bu yeni dövrlər hər il mütəmadi olaraq təkrarlanır və ictimai sağlamlıq, dəniz həyatı və qlobal ekosistemlər üçün ciddi təhlükələr yaradır.

 

Duman fəsli nədir və harada müşahidə olunur?

 

Duman fəsli hər il Cənub-Şərqi Asiyanın bəzi bölgələrində müşahidə olunur. Bu dövrdə qalın tüstü təbəqəsi ərazini örtür, havanın keyfiyyəti təhlükəli səviyyəyə düşür və ciddi sağlamlıq problemlərinə səbəb olur.

Bu dumana əsas səbəb isə İndoneziya və Malayziya kimi ölkələrdə baş verən meşə yanğınlarıdır.

Bənzər bir vəziyyət ABŞ-da da müşahidə olunur. Kaliforniyada yanğın mövsümü əvvəllər yalnız ilin ən isti aylarında yaşanırdısa da, artıq yaz aylarından başlayaraq dekabradək davam edir.

 

Zibil fəsli nədir və harada müşahidə olunur?

 

Bununla yanaşı, Balidə hər il dekabrdan martadək tamamilə fərqli bir fəsil yaşanır. Musson küləklərinin istiqamət dəyişməsi ilə birlikdə okean axınları böyük miqdarda plastik tullantıları sahilə gətirir və çimərliklər zibillə örtülür.

Bu “zibil fəsli” o qədər qəbul edilən və proqnozlaşdırılan hala gəlib ki, yerli əhali artıq ayın gününə qədər bu dövrü əvvəlcədən bilir.

Bənzər hadisələr Filippin, Tailand və hətta yay aylarında ABŞ-ın şərq sahillərində də yaşanır.

 

Bəzi fəsillər isə artıq yox olub

 

Araşdırmalara görə, bəzi ənənəvi fəsillər tamamilə yoxa çıxıb. Məsələn, And dağları və Roki dağları kimi yüksək relyefli bölgələrdə əvvəllər etibarlı olan qış idman fəsli, qarın azlığı səbəbindən çökmək üzrədir.

Böyük Britaniyanın şimal-şərqində isə bəzi dəniz quşu növləri, artıq hər il eyni vaxtda yuva qurmaq üçün qayıtmır. Bu da, nəsillərdir bu dövrə güvənən icmalar üçün böyük bir dəyişiklik deməkdir.

Bundan başqa, yaz və bahar kimi bəzi fəsillər də sinxronizasiyasını itirib. Artıq bahar çox erkən gəlir, yay isə getdikcə uzanır.