Çin daha bir ölkəni Rusiyanın əlindən alır
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
16:28 | 29 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 1096 dəfə baxılıb
Şriftin ölçüsü
Pekin “Böyük İpək Yolu”nun Mərkəzi Asiyadan keçən hissəsinə tam nəzarət etmək istəyir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
ABŞ, Myanmadakı nadir torpaq elementlərinə çıxış əldə etmək üçün səylərini sürətləndirib. “Reuters” agentliyinin yaydığı məlumata görə, Donald Tramp administrasiyası ölkədəki faydalı qazıntı yataqlarına çıxış imkanlarını qiymətləndirən müxtəlif ssenarilər üzərində işləyir.
17 iyulda Ağ Evdə keçirilən toplantıda ABŞ vitse-prezidenti Ceyms Vens, Myanmada fəaliyyət göstərmiş Amerika Ticarət Palatasının keçmiş rəhbəri Adam Kastilyo və bir sıra ticarət məsləhətçiləri iştirak ediblər.
Görüş zamanı gündəmdə olan təkliflər arasında vətəndaş müharibəsi ilə üz-üzə olan Asiya ölkəsində hərbi xunta ilə əlaqə qurulması və üsyançı Kaçin Müstəqillik Ordusu (KIA) ilə sülh əldə edilməsi kimi variantlar da müzakirə olunub.
Adının açıqlanmasını istəməyən mənbələrin “Reuters”ə verdiyi məlumata görə, alternativ ssenarilərdən biri də xunta ilə heç bir əlaqəyə girmədən, birbaşa KIA ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirməkdir.
ABŞ Prezidenti son gömrük tarifləri ilə bağlı çıxışında, Myanmaya 40 faiz gömrük rüsumu tətbiq olunacağını bəyan etmişdi. Lakin məlumatda deyilir ki, Vaşinqton hərbi rəhbərliklə razılaşma əldə edərsə, bu rüsum dərəcəsi azaldıla bilər. Eyni zamanda, 2021-ci ildəki hərbi çevrilişdən sonra tətbiq edilən sanksiyaların yumşaldılması və ya tamamilə ləğvi də masadadır. ABŞ hələlik Myanma xuntası ilə rəsmi əlaqə qurmayıb, lakin Tramp administrasiyası gömrük tarifləri ilə bağlı məktubu hərbi rəhbərliyə təqdim edib.
Myanmadakı nadir torpaq elementlərinin emalında Hindistanla əməkdaşlıq perspektivi də gündəmdədir. Bu məqsədlə ABŞ hökumətinin regiona xüsusi elçi təyin edə biləcəyi istisna olunmur.
Vaşinqtonun bu səyləri, Çinə qarşı aparılan geosiyasi rəqabətin bir hissəsi hesab olunur. Çin, nadir torpaq elementlərinin ehtiyatları üzrə dünya lideridir və bu maddələrin emalı sahəsində də bazarın təxminən 90 faizinə nəzarət edir. Pekinin 2023-cü il məlumatlarına əsasən, təxminən 44 milyon ton nadir torpaq elementi ehtiyatı var. ABŞ-da isə bu göstərici cəmi 1,9 milyon ton təşkil edir.
Myanmadakı mədənlərin böyük əksəriyyəti Kaçin bölgəsində yerləşir. Burada hasil olunan xammal Çinə daşınır və orada emal olunur. Məlumatda qeyd olunur ki, Kaçin bölgəsi Çinlə sərhəddə yerləşdiyindən ABŞ-ın bu əraziyə çıxış cəhdləri ciddi çətinliklərlə üzləşə bilər. Bundan əlavə, KIA-nın silahlı təşkilat olması, ABŞ üçün diplomatik prosesləri daha da mürəkkəbləşdirə bilər.