vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 30 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
Avropada qumar yaş həddi qaldırıldı 16:14 | 29 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 606 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada qumar yaş həddi qaldırıldı

Asılılıqdan əziyyət çəkən gənclərin sayı sürətlə artır

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

2021-ci ildə onlayn qumarın qanuniləşdirilməsindən sonra, Niderlandda qumar asılılığı səbəbilə yardım axtaranların sayı sürətlə artıb. “De Telegraaf” qəzetinin yaydığı xəbərə görə, bu artım xüsusilə gənclər arasında özünü daha qabarıq şəkildə göstərir.

Milli Alkoqol və Narkotik Məlumat Sistemi məlumatlarına əsasən, 2022-ci ildə asılılıq klinikalarına müraciət edən qumar asılılarının sayı 1.968 nəfər olduğu halda, bu rəqəm 2023-cü ildə 2.708-ə yüksəlib.

Xüsusilə 24 yaşdan aşağı olan gənclər qumar səbəbilə daha çox problem yaşayır. Araşdırmalar göstərir ki, yetkinlik yaşına çatmamış şəxslər arasında onlayn qumarda iştirak edənlərin sayında da əhəmiyyətli artım var. Bütün qumar istifadəçiləri arasında 16 və 17 yaşlı gənclərin payı cəmi bir il ərzində 12 faizdən 20 faizə yüksəlib.

Qanuni tənzimləmədən sonra bazara daxil olan onlayn qumar şirkətlərinin sayı artıb və bu şirkətlər intensiv reklam kampaniyaları aparmağa başlayıblar. 2023-cü ildən etibarən televiziyada, radioda və idman tədbirlərində bu reklamlara qadağa qoyulsa da, onlayn reklamlar davam edir. Gənclər mobil telefon vasitəsilə 24 saat fasiləsiz və asan şəkildə qumar oynaya bilirlər – bu isə çox vaxt heç bir nəzarət olmadan baş verir.

Problemi həll etməyə çalışan Niderlandın keçici hökuməti, gəncləri qumar asılılığından qorumaq üçün riskli onlayn qumar oyunlarında minimum yaş həddini 18-dən 21-ə qaldırmağı nəzərdən keçirir.