
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
Nazir dövlət istiqrazlarından danışdı
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
Dövlət istiqrazlarına maraq kəskin artıb
Oliqarxların büdcəyə təzyiqləri məhdudlaşdırılır
Şəhriyar Məmmədyarov: “Mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram”
Nazirlikdən Şəhriyar Məmmədyarovun şikayətinə reaksiya
Hərrac olacaq
Satışa 20 milyon manatlıq istiqraz çıxarılır
Poliqrafiya şirkətlərinin nəzərinə...
DİN və Baş Prokurorluğa siyahı göndərilib
Sınaq imtahanlarının nəticələri açıqlandı
...Onları kim himayə edir...
Prezident sərəncam imzaladı
Maliyyə naziri isə təkzib edir, ağacları deputatlara görə kəsiblər
Vahid Əhmədov: «Birdəfəlik desinlər ki, bu ölkədə rəqabət olmayacaq...»
«Buta»dakı toy niyə təxirə salındı?
Dünən piyada evə qayıdıram. Gördüm ki, cavanlar Bakı Dövlət Universitetindən 50 metr aralıqda yerləşən Topaz ofisində toplaşıb. Gecənin tən yarısı, saat 12-də ha-ha-ha, hi-hi-hi, ucadan gülüş səsləri, qışqırtılar, əllərdə pivə butulkaları və s.
Fikirləşdim ki, yazıq qonşular, 5 mərtəbəli «xruşovkanın» birinci mərtəbəsində hər gün bu cür mənzərələr olur. İstər gecə, istər gündüz, dərslər vaxtı.
Mən indi qanun pozuntusundan demirəm, yəni mərc oyunları ofisləri tədris ocaqlarından uzaq olmalıdırlar, mən digər məsələyə toxunmaq istərdim.
Bildiyimiz kimi, Topaz Gənclər və İdman Nazirliyinin tərkibindədir və zənnimcə, bu fakt çox qəribə görünür.
Baxın, adından göründüyü kimi, Nazirlik gənclərlə məşğul olmalı, onları sağlam həyat tərzinə yaxın etməli, idmana həvəsləndirməlidir. Və Nazirlik bunu çox böyük uğurla edir, hər şey göz qabağında.
Digər tərəfdən isə, Nazirliyin tərkibində olan bir qurumun vəzifələri tam başqadır, tam əksinədir. «Topaz»ın əsas məqsədi gəncləri qumara təhrik etmək, onları mərc oyunlarına həvəsləndirməkdir. Nə qədər çox adam qumar oynasa, o qədər «Topaz»ın xeyirinədir.
Yəni, qinamaq da olmur, bu onun rəsmi vəzifəsidir, onun fəaliyyətinin uğurlu-uğursuz olmasının bir kriteriyası var, o da oynayanların sayının artımı.
Və «Topaz» bu vəzifənin öhdəsindən məharətlə gəlir, üstəlik qurum rəhbərliyi Milli Məclisdə məlum əlaqələrindən istifadə edərək, mənəviyyatımıza zidd və mərc oyunlarını dəstəkləyən qanun layihələrini irəli sürür. Bu yaxınlarda qəbul edilən və mərc oyunlarında iştirak edənləri vergilərdən azad edən qanunu misal gətirmək olar.
Digər vergilərin həm sayının, həm həcminin artırılması fonunda bu çox əcaib görünür, deyilmi?
Yəni, bir Nazirliyin fəaliyyətində ciddi ziddiyyətlər var, bir tərəfdən sağlam həyat təbliğatı, digər tərəfdən qumara təhrik.
Aydın məsələdir ki, «Topaz» kimi qurumlar bütün dünyada var və «Topaz»ın ölkəmizdə fəaliyyəti tam qanunidir, bəyənsək də, bəyənməsək də.
Sadəcə «Topaz»ı Gənclər və İdman Nazirliyinin tərkibindən çıxarıb digər nazirliyin tərkibinə vermək daha məqsədə uyğun olardı, fikrimcə. Ya Vergilər Nazirliyinə, ya Maliyyə Nazirliyinə, ya da o müstəqil bir qurum kimi işini davam etdirə bilərdi. Həm də, «Topaz»ın fəaliyətinin şəffaflığı artardı, nəzarət daha ciddi olardı.
Hələlik isə görünən odur ki, bir tərəfdən «Topaz» rəhbərləri gəlirlərin azalmasından gileylənirlər, digər tərəfdən isə onların dəbdəbəli həyat tərzi insanlara qıcıq verir.
Bu nə deməkdir? Bu o deməkdir ki, ortada yeyinti var. Çünki əgər yeyinti yoxdursa, onda bu imarətlər, limuzinlər, lüks həyat haradandır? Yox, əgər yeyinti varsa, bəs onda Hesablama Palatası, hüquq-mühafizə orqanları hara baxır?
Əlbəttə, mərc oyunları bir bəladır və ölkəmizdə bir çox adamı bədbəxt edib. Lakin mənim həmin adamlara yazığım gəlmir və «Topaz»a buna görə iradım yox, ola da bilməz, heç kimi zorla məcbur etmir oynamağa.
Amma madam biz bu bəla ilə barışmalıyıq, qoy oradan əldə edilən gəlir heç olmasa xeyriyyə məqsədlərinə yönəlsin, şəxsi ciblərə yox.
O ki qaldı Gənclər və İdman Nazirliyinə, qurum bu yükü üzərindən atmaqla o yüksək nüfuzunu daha da artırmış olardı…