Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
08:42 | 12 may 2026 | Çərşənbə axşamı
Məqaləyə 15 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bazarlar İran–ABŞ danışıqlarını izləyir
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Yaponiya ucuz başa gələn yeni texnologiya ilə müasir müharibənin balansını dəyişir
3.08 faiz qiymət artımı
Qara qızıl dörd ilin maksimumuna çatdı
Neft qiymətləri kəskin yüksəldi
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Pekinin süni adalar işini sürətləndirməsi Tokionu hərəkətə keçirdi
Qiymətlər Yaxın Şərq gərginliyi əsnasında yüksəldi
İrandakı hava hücumları nefti bahalaşdırdı
Yaponiyanın özünün təxminən 220 günlük neft ehtiyatı ola-ola Azərbaycandan neft alır və səbəbi nədir?
Çox sadədir. Hazırda dünyada ən çox çatışmazlıq, qiymət artımı və ən az qalan ehtiyatlar məhz təyyarə yanacağı ilə bağlıdır. Xam neftdən fərqli olaraq təyyarə yanacağı ilə bağlı yaranan bu vəziyyətin də səbəbi odur ki, ölkələrin strateji təyyarə yanacağı ehtiyatları xam neft ehtiyatlarından dəfələrlə azdır. Çünki, bir neçə il normal şəraitdə saxlana bilən xam neftdən fərqli olaraq təyyarə yanacağının saxlanma müddəti ideal şəraitdə 6-18 ay olsa da, ölkələr 2, maksimum 3 aylıq ehtiyatlar saxlayır. Çünki, təyyarə yanacağı keyfiyyətini itirməyə başladıqda istifadə üçün də rentabelli olmur. Rusiyanın, Venesuelanın ağır neftlərindən (neftlərin növləri ilə bağlı geniş yazı yazdığım üçün təkrara yol vermirəm) fərqli olaraq Körfəz dövlətlərinin, xüsusilə Küveyt nefti təyyarə yanacağı üçün idealdır. Bu səbəbdən Hörmüz Boğazından keçən xam neftin 80 faizi Çin başda olmaqla Asiya ölkələri tərəfindən idxal olunursa, təyyarə yanacağının təkcə 40 faizi Avropa tərəfindən idxal olunur. Buna görə də, Avropada hazırda təyyarə yanacağı ilə bağlı vəziyyət kritikdir.
Azərbaycan nefti də təyyarə yanacağı üçün çox uyğundur və hazırda demək olar ki, bütün neftimiz məhz bu məqsədlərə xidmət edir. Bu səbəbdən Yaponiya daxil olmaqla bir çox ölkələr Azərbaycan nefti üçün müraciətlər edirlər. Turizm mövsümü, uçuşların artmasını nəzərə alaraq təyyarə yanacağı ilə bağlı vəziyyətin daha da kritik hal alacağı ehtimalı yüksəkdir.
Təsəvvür edək ki, neftayırma zavodumuz təyyarə yanacağı istehsal edir. Xarici şirkətlər xam neft alışında maraqlı olduqları üçün təbii ki, bütün neftimizi emal edə bilməzdik. Amma heç olmasa bizə çatan hissənin 15-20 faizinin məhz təyyarə yanacağı istehsalına yönəlməsi ciddi dəyər artımı demək olardı. Onu da qeyd edim ki, neft hasilatının azalması gələcəkdə az neftdən maksimum dəyər qazanmaq, məşğulluq və büdcə gəlirlərinin artımı baxımından neftayırma zavodumuzla bağlı strategiyaya yenidən baxılmasını zəruri edir.
Onu da qeyd edim ki, xam neftin özü ilə bağlı da vəziyyət ölkələrdə çox fərqlidir. Məsələn, Hindistan, Pakistan, Banqladeş, Afrika ölkələrində avtomobil deyil, motosikletin yanacaq çənini tam doldurmaq artıq lüks hesab olunur. Kasıb ölkələrdə çatışmazlıq ona görə çoxdur ki, həmin ölkələr bahalı nefti əvvəlki həcmlərdə almaqda çətinlik çəkirlər. Onların ticarət balansları ciddi mənfi saldo formalaşdırıb, bəzi ölkələrdə isə ümumiyyətlə neft alışı üçün dollar qıtlığı var. Bəzi ölkələr isə (Çin, Yaponiya, Cənubi Koreya) həm 6-9 aylıq strateji xam neft ehtiyatları yığıblar, həm də indi də valyutaları, imkanları, ixracları kifayət qədər yüksək olduğu üçün enerji idxalında ciddi çətinliklərlə üzləşmirlər.
Səudiyyə Ərəbistanı isə qeyd edib ki, hesablamalarına görə 28 fevraldan indiyə qədər dünya neft bazarında 1 milyard barel neft yoxa çıxıb. Bu o deməkdir ki, məhz çatışmazlıq, qənaət səbəblərindən 28 fevraldan indiyə qədər normal halda satılan neftdən 1 milyard barel az neft satılıb. Bu əslində ciddi siqnaldır. Niyə? Çünki, bu qənaət ölkələrin növbəti aylarda iqtisadiyyatlarında öz təsirlərini göstərəcək. Bu isə ayrı mövzudur.
Qaz məsələsi ilə də bağlı vəziyyət oxşardır. Burada isə səbəb qazın özünə yanacaq kimi tələbin artmasından daha çox elektrik enerjisinə davamlı olaraq artan tələbdir. Avropada elektrik enerjisinin təxminən 20-22 faizi istilik elektrik stansiyalarında (qazdan) əldə olunur, həm də sənayedə geniş istifadə olunur. Bu səbəbdən Avropaya elektrik enerjisi ixracı getdikcə aktuallaşır.
Əslində müharibə bu gün tam bitsə və Hörmüz Boğazı maneəsiz açılsa neft qiymətləri hələ bir müddət 80 dollar ətrafında qalacaq. Lakin, hazırda kiçik Körfəz ölkələri xaric, lakin Səudiyyə Ərəbistanı daxil olmaqla neft hasil edən ölkələrin demək olar ki, hamısından neft hasilatına investisiyalar qoyulur, kvotalar maksimallaşdırılır, neft çıxarılmasında sanki ciddi bir yarış başlayıb. Bunun da nəticələrini gələn il görəcəyik.