Qiymətlər sıçradı
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
00:07 | 24 iyun 2025 | Çərşənbə axşamı
Məqaləyə 403 dəfə baxılıb
Şriftin ölçüsü
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
“Brent” 100 dollara yaxınlaşdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Elektrikli avtomobillərə tələbat artıb
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Vergi güzəştləri üçün əlavə mənbə var
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Kasıb ölkələrdə neft çatışmazlığının səbəbi nədir?
Həyatda gücünə inandığım ən böyük qüvvə intellekt, düzgün təhlil və hesablama bacarığıdır. Dünya maliyyə dairələri İsrail-İran müharibəsinə çox peşəkar hazırlaşıb. Əslində müharibənin ilk günündən bu amil gözə çarpdı.
Ən gərgin anlarda da dünya birjalarında ajiotaj, çökmə, panika olmadı.
Və bu gün. Hamı Hörmüz boğazı bağlananda neft 200-300 dollara olacaq spekulyativ fikirlərini düşünür, İran kontrollu və razılaşdırılmış şəkildə ABŞ hərbi bazalarını vurur və “Brent” markalı neft sürətli bir şəkildə 70 dollara qədər çökür. Hazırda 71 dollar ətrafındadır. Niyə? Tramp bəyan etdi ki, “neftin qiymətini artırmayın. Hamınızı izləyirik.” Yəni, vəziyyətdən istifadə edib bazara az neft çıxartmaq, stoklamaq, spekulyativ hərəkətlərə yol verməyi ağlınıza gətirməyin. Nəticələri yaxşı olmaz. İran hər birinizi vura bilər, biz qarışmaya da bilərik. Və yaxud, neft qiymətlərinin artırılmasını bizim iqtisadiyyatımıza qarşı atılan addım, sabotaj kimi qəbul edərik. Bunu 1970-ci illərdə edən İran şahı peşman oldu.
Neft qiymətləri 150-200-300 olacaq sualına həmişəki cavabımı bir daha təkrar edirəm: “1-2 günlük impulsiv artım ola bilər, orta və uzunmüddətli deyil. ABŞ-ın həmişə A, B, C, D planları olub. ABŞ bir planla hərəkət etmir, tarixi boyu da bir daşla 1 və ya iki deyil, azı 3-4 quş vurub”. Nahaq yerə dünyanın analitik beyin mərkəzləri (ad olaraq deyil, həqiqi mənada) ABŞ-də deyil!
Digər tərəfdən, Tramp FED sədri Pauel ilə prinsipial qarşıdurmasında uduzmaq istəmir. “Nefti düşürəcəm, sən də faizləri düşürməyi düşün” mesajını təkrarlayır.
Neftin və qazın qiymətləri ABŞ iqtisadiyyatı üçün həyati vacib məsələyə çevrilib. Hələ bir neçə ay sonra İran nefti dünya bazarlarına çıxsa (ikinci İraq müharibəsindən sonra İraq neftinin kimi), Tramp öz məqsədinə çatacaq!
ABŞ, Çin, Avropa Birliyi, Hindistan, Yaponiya, Cənubi Koreya, İsrail və digər həssas iqtisadiyyat, yüksək dövlət borcu və ya ciddi büdcə kəsirləri olan (hər birinin öz dərdi var) bu ölkə və iqtisadi güc mərkəzlərinin ortaq maraqlarından biri də ucuz neft qiymətləridir. Tramp bunu təmin edərsə tariflərin tətbiqindən yaranan əlavə xərclər və ticarət balanslarındakı kəsirlər qismən və ya tam olaraq kompensasiya ediləcək! Bu səbəbdən Trampa qarşı etirazlar səngiyib!
P.S. Neftin hazırda çox bahalaşması da risklidir. Nə qədər çox bahalaşsa çöküşü də bir o qədər dərin olar! Stabil qiymət daha yaxşıdır! İmkan verilsə təbii ki!